Azərbaycancaaz
Mir.az » Resept » Süfrələrin Bəzəyi : Çəhrayı Beze Resepti

Süfrələrin Bəzəyi : Çəhrayı Beze Resepti

430
asan resept,asan yemək resept,sadə resept
2060 calories, 20 grams fat
Süfrələrin Bəzəyi : Çəhrayı Beze Resepti

Yemək Haqqında:

Türkiyə mətbəxindən Desert resepti.
Şirniyyat evlərindən aldığınız bezeləri evdə hazırlamaq çox asandır... Hətta, xırtıldayan və kifayət qədər də dadlı olur.Cəmi 2 inqrediyentdən istifadə olunur. Mir.az çəhrayı beze resepti üçün sizi mətbəxə dəvət edir.

NEÇƏ NƏFƏR ÜÇÜN

20 nəfərlik

HAZIRLIQ VAXTI

20 dəqiqə

BİŞİRMƏ MÜDDƏTİ

60 dəqiqə

Tərkibi:

2 ədəd böyük ölçü yumurtanın ağı
2 çay fincan şəkər kirşanı ( pudra şəkər )
1 çimdik duz
1/2 çay qaşığı çəhrayı qida boyası

Hazırlanma qaydası:

Çəhrayı beze reseptinin ipucu
Əgər şəkər tozundan istifadə edəcəksinizsə, 1,5 çay stəkanı bəs edər və şəkər tozunu 2-3 dəfəyə əlavə edin.
Sıxma torbası istifadə etmirsinizsə, desert qaşığı da istifadə edə bilərsiniz.
Pişirmə müddəti 1 saatdan çox olmamalıdır.
Ayırdığınız yumurta sarılarını börək və diğər şirniyyatların üzəri üçün istifadə edə bilərsiniz.


Yumurtanın ağını diqqətlə ayırın.(Sarısı düşməməlidir.Yumurtalar otaq temperaturunda olsa daha yaxşı olar.)Üzərinə şəkər kirşanı əlavə edib mikserlə yüksək sürətdə 10-15 dəqiqə çalın. (Çaldığınız qab tamamilə quru olmalıdır.)Əsas odur ki, şəkər kirşanı yaxşı ərisin və köpüklənsin.
Çırpdıqca parlaq bir görünüş alacaq.
Sonra bir az çəhrayı qida boyası əlavə edib 5 dəqiqə daha çalın. (Qabı tərsinə çevirəndə tökülməməlidir.)
Bezeni sıxma torbasına töküb formalı yuvanı torbaya keçirin və qoz böyüklüyündə bezelər çıxarın.
Bezeləri əvvəlcədən isidilmiş sobada 100 dərəcədə 1 saat bişirin.Qızarmağa ehtiyac yoxdur,məqsəd sadəcə qurumasıdır.
Bişib tam soyuduqdan sonra süfrəyə verə bilərsiniz.

Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz