Azərbaycancaaz
Mir.az » Resept » Şirin Köpük : Beze Resepti

Şirin Köpük : Beze Resepti

52
asan resept,asan yemək resept,sadə resept
4090 calories, 40 grams fat
Şirin Köpük : Beze Resepti

Yemək Haqqında:

Türkiyə mətbəxindən Beze resepti.
Yumurta ağının möcüzəsi. Beze və ya köpük peçenye olaraq da bilinən bezenin hazırlanması çox vaxt aparır, lakin resept kifayət qədər sadədir. .

NEÇƏ NƏFƏR ÜÇÜN

40 nəfərlik

HAZIRLIQ VAXTI

30 dəqiqə

BİŞİRMƏ MÜDDƏTİ

90 dəqiqə

Tərkibi:

3 ədəd yumurta ağı
3 stəkan pudra şəkər
1/4 çay qaşığı duz

Hazırlanma qaydası:

Beze Resepti üçün Bişirmə Təklifi
Rəngli bezeləri qəhvə,darçın,kakao və ya müxtəlif qida boyaları əlavə edərək hazırlaya bilərsiniz.Beze bişirərkən yağlı kağız yerinə silpatdan ( təkrar istifadə olunan kağız) istifadə edə bilərsiniz.
Pudra şəkəri yerinə şəkərdən tozundan da istifadə edə bilərsiniz,ancaq çırpma müddətini artırmaq lazımdır. Çünki şəkər tozu daha çətin əriyəcək.
Krem torbası yerinə qaşıqdan istifadə edərək bezelərə forma verə bilərsiniz.


Yumurtanın ağını və şəkər tozunu yüksək sürətlə 10 dəqiqə çırpın. (Çırpılmış krem ​​kimi olmalıdır) Sobanı əvvəlcədən 100 dərəcəyə qoyub qızdırın.
Yumurtanın ağlarını sıxma torbasına tökün və yağlı kağızla örtülmüş nimçəyə sıxıb 100 dərəcədə 1 saat bişirin.
Bişdikdən sonra sobadan çıxarıb otaq temperaturunda soyudun və servis edin.

NUŞ OLSUN😋.

Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz