Azərbaycancaaz
Mir.az » Resept » Yumşaq Çiyələkli Qatıqlı Keks Resepti

Yumşaq Çiyələkli Qatıqlı Keks Resepti

283
asan resept,asan yemək resept,sadə resept
1040 calories, 10 grams fat
Yumşaq Çiyələkli Qatıqlı Keks Resepti

Yemək Haqqında:

Türkiyə mətbəxindən Şirniyyat resepti.
Keksin yumşaq olmasında qatıq suyunun mühüm rol oynadığını bilirdinizmi? Bəzi kekslərə süd əlavə olunur. O zaman daha çox köpür və dadlı olur. Qatıq əlavə etdikdə isə kekslər yumşaq, çox dadlı və yüngül olur. Buna görə də, yüngül və yumşaq ,dadlı bir keks istəyəndə dərhal qatıqlı keks reseptlərinə keçməlisiniz. Bu kekslər arasında ən asan olan qatıqlı çiyələkli keksdir.
Mövsümdə balaca çiyələklərə çox yaraşacaq, yumşaq və azca nəmli teksturası ilə böyük-kiçik hər kəs yeyərkən sevinəcək bir keksdir.
Çiyələklərin tam dibə çökməməsi və keksi sulandırmaması üçün onları nişasta ilə qarışdırmaq lazımdır. İstəyirsinizsə, müxtəlif meyvələr də əlavə edə bilərsiniz.
*Əgər tortunuzun daha yumşaq olmasını istəyirsinizsə , qatığın suyundan bol istifadə edin.

NEÇƏ NƏFƏR ÜÇÜN

10 nəfərlik

HAZIRLIQ VAXTI

15 dəqiqə

BİŞİRMƏ MÜDDƏTİ

40 dəqiqə

Tərkibi:

  • 1 kasa çiyələk
  • 1 stəkan qatıq (sulu halda )
  • 1 stəkan maye yağ
  • 3 ədəd yumurta
  • 1 stəkan şəkər tozu
  • 2 paket vanil
  • 3 - 3,5 stəkan un
  • 1 paket qabartma tozu
  • 1 ədəd limonun qabığı

Hazırlanma qaydası:

Yumurtaları şəkər tozu ilə birlikdə qaymaq kimi olana qədər mikserlə çalın.
Qatıq ,yağ, limon qabığı, vanil əlavə edib çalmağa davam edin.
Sonda unu və qabartma tozunu ələyərək az-az əlavə edib qarışdırmağa başlayın.
Çiyələkləri xırda-xırda doğrayıb. əzilməməsinə diqqət edərək nişasta ilə birlikdə qarışdırın. Sonra xəmirə əlavə edin.
Bir taxta qaşığın köməyi ilə çiyələkləri əzmədən qarışdırın. Xəmirinizi yağlanmış və unlanmış keks qabına tökün.
Əvvəlcədən 180 dərəcə isidilmiş sobada 35-40 dəqiqə bişirin.
Tamamilə soyuduqda dilimləyin və servis edin.


NUŞ OLSUN ?.



Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz