Soyuq Qış Günlərində İçinizi İsidəcək: Tahinli Keks Resepti
Yemək Haqqında:
Türkiyə mətbəxindən Şirniyyat resepti.
Qışda çay və kofenizin yanında mükəmməl dada, ətirə sahib bir keksə nə deyirsiz?
Tahin qatıqla ,bəkməzlə və hətta avokado ilə yaxşı gedir.Gəlin birdə onu keksdə sınayaq. Əminəm ki , çox bəyənəcəksiz.
* Üzəri üçün hazırlayacağınız sousu istifadə etmək məcburiyyətində deyilsiz.Soussuz da yeyə bilərsiniz.

NEÇƏ NƏFƏR ÜÇÜN
10 nəfərlikHAZIRLIQ VAXTI
10 dəqiqəBİŞİRMƏ MÜDDƏTİ
45 dəqiqəTərkibi:
3 ədəd yumurta1.5 stəkan şəkər tozu
1/2 stəkan tahin ( böyük marketlərdən əldə edə bilərsiz)
1/2 stəkan duruyağ
1 stəkan su
2 stəkan un
1 paket qabartma tozu
Üzəri üçün:
1/3 stəkan tahin
2 xörək qaşığı pudra şəkər
Hazırlanma qaydası:
Şəkər tozu və yumurtanı mikserlə çalın.
Yağ, su və tahini əlavə edib bir az daha çalın.
Qarışığa un və qabartma tozunu əlavə edib hamar bir qarışım alınana qədər taxta qaşıqla qarışdırın.
Keks qəlibinizi və ya istifadə edəcəyiniz soba qabını yağlayıb,küncütləyib qarışığı tökün. Keksi əvvəlcədən isidilmiş 175 dərəcə sobada bişirin.
Keks bişib soyuduqdan sonra üzərinə tahin və pudra şəkər qarışdırıb aldığınız sousu töküb,dilimləyib servis edə bilərsiniz.
NUŞ OLSUN ?.

Şərhlər 0
Şərh Yaz