Tahinli Keks Resepti
Yemək Haqqında:
Türkiyə mətbəxindən Şirniyyat resepti.
Bu ləzzətli tahinli keks resepti reseptlər kitabçanızın ən sevimlisi olacaq və reseptini istəyənlər çox olacaq! Mir.az dadına doymadığınız dadlı və yumşaq tahinli keks reseptini təqdim edir!!

NEÇƏ NƏFƏR ÜÇÜN
12 nəfərlikHAZIRLIQ VAXTI
20 dəqiqəBİŞİRMƏ MÜDDƏTİ
45 dəqiqəTərkibi:
3 ədəd yumurta3/4 stəkan şəkər tozu
3/4 stəkan su
1/4 stəkan günəbaxan yağı
1/2 stəkan tahin
2,5 stəkan un
1 paket qabartma tozu
Keks qabını yağlamaq üçün:
1 çay qaşığı kərə yağı
Servis üçün:
2 xörək qaşığı şəkər kirşanı ( pudra şəkər )
Hazırlanma qaydası:
Yumurtaları şəkər tozu ilə ağarana qədər çırpın. Ardıcıl olaraq su, günəbaxan yağı və tahini ( zövqə görə qoz ləpəsi də əlavə edə bilərsiniz ) əlavə edib çırpmağa davam edin.
Ayrı bir qabda ələnmiş un və qabartma tozunu qarışdırdıqdan sonra keks qarışığına az-az əlavə edib mikser və ya taxta qaşıqla qarışdırın.
Hazırladığınız keks xəmirini kərə yağı ilə yağlanmış keks qəlibinə töküb taxta qaşıqla hamarlayın və əvvəlcədən isidilmiş 170 dərəcə sobada 40-45 dəqiqə bişirin.
İsti keksi otaq temperaturunda soyutduqdan sonra tərs çevirərək qəlibdən çıxarın.Üstünə şəkər kirşanı ələyib dilimlədikdən sonra servis edin.
NUŞ OLSUN😋.

Şərhlər 0
Şərh Yaz