Azərbaycancaaz
Mir.az » Resept » Sevəni Çox : Brokoli Salatı Resepti

Sevəni Çox : Brokoli Salatı Resepti

629
asan resept,asan yemək resept,sadə resept
44 calories, 4 grams fat
Sevəni Çox : Brokoli Salatı Resepti

Yemək Haqqında:

Türkiyə mətbəxindən Salat resepti.
Qış fəslinin ən gözəllərindən olan, kiçik yaşıl ağaclara bənzəyən brokolini sevməyən varsa, bu reseptlə onu sevəcəyini iddia edirik. Hətta,tərkibində hər bir inqrediyent olan bu dadlı salatı pəhrizdəsinizsə, yemək kimi də yeyə bilərsiniz. Sevimli yeməklərinizin yanında yer alacaq və ən özəl qonaqlarınız onu sevəcək.Çox ləzzətli, çox təravətləndirici salat,brokoli salatı. Bir salatdan istədiyiniz hər şeyi sizə təqdim edən, ləzzətli rənglərin ahəngi ilə iştahaaçan və dadından doymayan bir salat.

NEÇƏ NƏFƏR ÜÇÜN

4 nəfərlik

HAZIRLIQ VAXTI

10 dəqiqə

BİŞİRMƏ MÜDDƏTİ

4 dəqiqə

Tərkibi:

  • 500 qram brokoli
  • 4 ədəd duzlu xiyar
  • 1 qutu konservləşdirilmiş qarğıdalı (Kiçik ölçülü)
  • 2 ədəd közlənmiş qırmızı bibər
  • 3 diş sarımsaq
  • 3 xörək qaşığı zeytun yağı
  • 1 ədəd limonun suyu
  • 1 çay qaşığı duz
  • 2 xörək qaşığı balzamik sirkə

Hazırlanma qaydası:

Brokolini çiçəklərə ayırıb ,yaxşıca yuyub ,qaynar suda 4 dəqiqə qaynadın.
Süzün və soyuq su ilə yuyub soyumağını gözləyin.
Bibərləri qızardıb,qabığını soyub doğrayın və dərin bir qaba qoyub üstünə soyumuş brokoli, qarğıdalı, doğranmış turşu və sürtkəcdən keçilmiş sarımsağı əlavə edib qarışdırın.
Yağ, balzamik sirkə və limon suyu əlavə etdikdən sonra yaxşıca qarışdırıb servis edin.


NUŞ OLSUN ?.



Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz