Azərbaycancaaz
Mir.az » Resept » Axşam Yeməyinə Yoldaş : Doyurucu Qozlu Qatıqlı Salat Resepti

Axşam Yeməyinə Yoldaş : Doyurucu Qozlu Qatıqlı Salat Resepti

667
asan resept,asan yemək resept,sadə resept
3 calories, 3 grams fat
Axşam Yeməyinə Yoldaş : Doyurucu Qozlu Qatıqlı Salat Resepti

Yemək Haqqında:

Türkiyə mətbəxindən Salat resepti.
Bu gün "Kərəvizdən nə edə bilərəm?" sualına gözəl ,doyurucu salatla cavab verdik. Kərəviz salatı dadlı pəhriz salatı da ola bilər. Şam yeməyində qonaqlarınıza qatıqla iştahaaçan dad təqdim etmək istəyirsinizsə,bu zaman kərəviz salatı həqiqətən gözəl seçim olacaq.
Əgər bildiyiniz salat reseptlərindən bezmisinizsə,fərqli salat reseptləri axtarırsınızsa, hazırlanması asan kərəviz salatı reseptimizi mir.az sizin üçün təqdim edir.
P.s Salat qozla hazırlananda dadı ikiqat artır.

NEÇƏ NƏFƏR ÜÇÜN

3 nəfərlik

HAZIRLIQ VAXTI

5 dəqiqə

BİŞİRMƏ MÜDDƏTİ


Tərkibi:


    Salat üçün:
  • 1 ədəd böyük ölçü kərəviz
  • 1 ədəd limonun suyu
  • 1 stəkan qatıq
  • 3 yemək qaşığı süzmə qatıq
  • 1/3 dəstə şüyüd
  • 1 ovuc qoz
  • 1 çay qaşığı duz

  • Üzəri üçün:
  • 1 xörək qaşığı zeytun yağı
  • 1 ovuc qoz

Hazırlanma qaydası:

Kərəvizi sürtgəcdən keçirib limonlu suda isladıb digər inqrediyentləri hazırlayın.
Qarışdıracağınız qaba 1 stəkan qatıq, 3 xörək qaşığı süzmə qatıq, xırda doğranmış şüyüd,iri doğranmış qoz və 1 çay qaşığı duz əlavə edib yaxşıca qarışdırın.
Limonlu suda gözləyən kərəvizin suyunu yaxşıca sıxdıqdan sonra digər inqrediyentləri əlavə edib qarışdırdıqdan sonra süfrəyə verə bilərsiniz.
Üzərinə zeytun yağı gəzdirməyi unutmayın.

NUŞ OLSUN😋.



Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz