Yumşaq və Manqal Ləzzətində : Sobada Toyuq Şiş Resepti
Yemək Haqqında:
Türkiyə mətbəxindən Yemək resepti.
Yumşaq , ləzzətlimi ləzzətli , hamının sevəcəyi toyuq şiş resepti. Sirr marinadlamada və bişirmə üsulundadır.Ən azı manqalda hazırladığınız qədər ləzzətli və ondan çox daha yüngül bir ləzzət alacaqsınız.
İstəyirsinizsə, yanına salat hazırlayın və ya düyü ilə servis edin. Hər yeməklə yaxşı gedir və çəx doyurucudur.

NEÇƏ NƏFƏR ÜÇÜN
4 nəfərlikHAZIRLIQ VAXTI
15 dəqiqəBİŞİRMƏ MÜDDƏTİ
30 dəqiqəTərkibi:
500 qram sümüksüz toyuq filesi1 ədəd böyük ölçü soğanın suyu
2 xörək qaşığı qatıq
3 diş sarımsaq
1/3 stəkan zeytun yağı
1 çay qaşığı duz
2 çay qaşığı qara istiot
1 çay qaşığı kimyon
1 çay qaşığı qırmızı bibər tozu
1 çay qaşığı kəklikotu
1 ədəd ətotu ( zövqə görə )
Arası üçün:
1 ədəd qırmızı bibər
1 ədəd kabaçki
100 qram göbələk
1 çay qaşığı duz
1 çay qaşığı qara istiot
2 xörək qaşığı zeytun yağı
Hazırlanma qaydası:
Bir qaba zeytun yağı, qatıq, soğan suyu, rəndələnmiş sarımsaq, duz və ədviyyat əlavə edib yaxşıca qarışdırın və üzərinə doğranmış toyuq filesini töküb yenidən qarışdırmağa davam edin. Toyuqların üzərini streç sellofanla örtüb soyuducuda ən azı 1 saat , vaxtınız varsa 1 gecə saxlayın.
Göbələklərdən başqa bütün digər tərəvəzləri ( çalışın kiçik göbələklər seçin) orta qalınlıq və eyni ölçüdə doğrayıb duz, istiot və zeytun yağı ilə qarışdırın.
Tərəvəz və toyuq ətini bir-bir şişlərə keçirin.Bütün inqrediyentlər bitənə qədər bu prosesi davam etdirin.
Soba qabına yağlı kağız sərib üzərinə soba telini qoyub sobanı 5 dəqiqə 180 dərəcədə qızdırın.Sonra çöp şişləri telin üzərinə qoyub bişirin. ( Şişləri vaxtaşırı fırlatmağı unutmayın ).
20-25 dəqiqə bişdikdən sonra çıxarıb süfrəyə verin.

Şərhlər 0
Şərh Yaz