Bir İtaliya Gözəli :Fettuccine Alfredo Resepti
Yemək Haqqında:
İtaliya mətbəxindən Yemək resepti.
Alfredo sousu yalnız parmesan və kərə yağı ilə hazırlanmış qaymaq əsaslı sousdur. Amma bu reseptdə göbələk var, istəsəniz toyuq da əlavə edə bilərsiniz. İndi İtaliyanın Roma şəhərindən olan bu möhtəşəm ləzzəti evinizdə asanlıqla hazırlaya bilərsiniz.

NEÇƏ NƏFƏR ÜÇÜN
2 nəfərlikHAZIRLIQ VAXTI
10 dəqiqəBİŞİRMƏ MÜDDƏTİ
10 dəqiqəTərkibi:
5 ədəd göbələk2 diş sarımsaq
50 qram toz parmesan pendiri (3 xörək qaşığı)
100 qram qaymaq (yarım qutu)
30 mililitr süd (2 xörək qaşığı)
1 xörək qaşığı kərə yağı
1 çay qaşığı duz
1 çay qaşığı qara istiot
1/2 stəkan zeytun yağı
1 paket fettucine makaron
Hazırlanma qaydası:
Göbələkləri soyub doğrayın.
Zeytun yağı və kərə yağını tavada qızdırın.
Sarımsağı incə doğrayıb tavada bir az qızardın. Daha sonra doğranmış göbələkləri,süd və qaymağı töküb bir az qaynadıqdan sonra parmesan pendirini əlavə edib qarışdırın. Sonda duz və istiot əlavə edin.
Makaronu duzlu suda qaynadın. Bişdikdən sonra onu tavada hazırladığınız sousla birləşdirib bir az da makaron suyu əlavə edib qarışdırın.
İstəsəniz üzərinə qızarmış toyuq da qoya bilərsiniz.
NUŞ OLSUN?.

Şərhlər 0
Şərh Yaz