Süfrələrdə Fərq Yaradır: Xiyarlı Kartoflu Məzə Resepti
Yemək Haqqında:
Türkiyə mətbəxindən Qəlyanaltı resepti.
Süfrəyə ləzzətli yeməklər qoyulanda şam yeməyi daha da gözəlləşir.Belə süfrələrin əvəzsiz və ən çox axtarılan ləzzəti, şübhəsiz ki, qəlyanaltılardır. Bunun üçün çox dadlı və fərqli bir təklifimiz var. Mir. az xiyarlı kartoflu məzə reseptini təqdim edir.

NEÇƏ NƏFƏR ÜÇÜN
4 nəfərlikHAZIRLIQ VAXTI
15 dəqiqəBİŞİRMƏ MÜDDƏTİ
20 dəqiqəTərkibi:
2 ədəd orta ölçü kartof4 ədəd xiyar (və ya 2 ədəd orta ölçü xiyar)
5 xörək qaşığı qatıq
2 xörək qaşığı süzmə qatıq
1 çay qaşığı duz
5 xörək qaşığı zeytun yağı
1 diş sarımsaq
1 xörək qaşığı mayonez
Hazırlanma qaydası:
Kartofu yuyub qaynadın.
Bişdikdən sonra qabığını soyun və bir qabda duz və zeytun yağı əlavə edib əzin.
Xiyarları sürtgəcdən keçirdin.Üzərinə sarımsaq, qatıq, süzmə qatıq və mayonez əlavə edin.
Bu inqrediyentləri yaxşıca qarışdırdıqdan sonra üzərinə kartof püresi əlavə edib yenidən qarışdırın. Servis boşqabına qoyun və xiyarla bəzəyib süfrəyə verin.
NUŞ OLSUN😋.

Şərhlər 0
Şərh Yaz