Azərbaycancaaz
Mir.az » Resept » Yumşaq Bişər: Sobada Souslu Toyuq Budu Resepti

Yumşaq Bişər: Sobada Souslu Toyuq Budu Resepti

227
asan resept,asan yemək resept,sadə resept
230 calories, 2 grams fat
Yumşaq Bişər: Sobada Souslu Toyuq Budu Resepti

Yemək Haqqında:

Türkiyə mətbəxindən Yemək resepti.
Son dövrlərdə sobada toyuq bişirmək həm qənaətcil, həm də dadına görə daha çox üstünlük təşkil edir. Ən çox istədiyimiz odur ki, toyuq bişəndə ​​yumşaq və sulu qalsın, nar kimi qızarsın.Ona görə də çox vaxt manqalda bişiririk. Sizə bu ləzzəti sobada bişirməklə əldə edə biləcəyinizi və manqal etməyin lazımsız olduğunu desək nə deyərdiniz? Buyurun! Mir.az sizi həmin reseptlə tanış edir: Sobada souslu toyuq budu resepti.

NEÇƏ NƏFƏR ÜÇÜN

2 nəfərlik

HAZIRLIQ VAXTI

15 dəqiqə

BİŞİRMƏ MÜDDƏTİ

30 dəqiqə

Tərkibi:

6 ədəd toyuq budu

Sous üçün:
1.5 xörək qaşığı tomat pastası
3 xörək qaşığı qatıq
1 çay qaşığı üyüdülmüş qırmızı bibər
1 çay qaşığı acı bibər tozu
1 çay qaşığı qara istiot
1 çay qaşığı duz
1 çay qaşığı kəklikotu
1/2 çay fincanı zeytun yağı
2 diş sarımsaq

Hazırlanma qaydası:

Zeytun yağı, qatıq, sürtgəcdən keçilmiş sarımsaq, tomat pastası, duz və ədviyyatları böyük bir qaba töküb yaxşıca çalın.
Sonra toyuq budlarını içinə atıb yaxşıca qarışdırın.
Qabın üzərini streç sellofanla örtüb sarıyın və ən azı 1 saat, mümkünsə 1 gecə soyuducuda saxlayın.
Soyuducudan çıxardıqdan sonra budları yağlı kağızla örtülmüş soba nimçəsinə qoyun və üzərinə qalan sousu töküb yayın.
190 dərəcə qızdırılmış sobada 20-25 dəqiqə bişirin. (Yemək bişirərkən nimçənizə sarımsaq və ya ikiyə bölünmüş istədiyiniz tərəvəz də qoya bilərsiniz.)
Toyuq istədiyiniz kimi bişəndə ​​sobadan çıxarıb süfrəyə verə bilərsiniz.

NUŞ OLSUN😋.

Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz