Azərbaycancaaz
Mir.az » Resept » Yağ Çəkməyən Xırtıldayan Ləzzət: Toyuq Qızartması Resepti

Yağ Çəkməyən Xırtıldayan Ləzzət: Toyuq Qızartması Resepti

329
asan resept,asan yemək resept,sadə resept
625 calories, 6 grams fat
Yağ Çəkməyən Xırtıldayan Ləzzət: Toyuq Qızartması Resepti

Yemək Haqqında:

Türkiyə mətbəxindən Yemək resepti.
Yağ çəkməyən,gözlədikcə yumşalmayan qızartmalar bişirmək hamımızın arzusudur. Bu istəyi yerinə yetirmək üçün əslində istifadə etməli olduğunuz çox sadə və bir iki inqrediyent var. Birincisi, mədəmizi yüngülləşdirmək üçün içdiyimiz mineral su, qazlı içkilərdir. Xüsusilə xəmir yeməklərində istifadə edilən bu içki qızardılmış yeməklərə tam fərqli bir dad qatır. Xüsusilə marinasiyada ətin yumşaltma xüsusiyyətinə malikdir, həm də qızartmanı xırtıldayan edir. Yağ çəkməməsinin sirri həm qazlı su, həm də qarğıdalı unundan istifadə etməkdir. Qarğıdalı unun toyuq üzərində gözəl örtüyü verir və onu yeyənləri heyran edir. Mir.az sizə souslara doya bilməyəcəyiniz dadlı qızardılmış toyuq reseptini təqdim edirik!

NEÇƏ NƏFƏR ÜÇÜN

6 nəfərlik

HAZIRLIQ VAXTI

15 dəqiqə

BİŞİRMƏ MÜDDƏTİ

25 dəqiqə

Tərkibi:

200 qram toyuq filesi

Bulamaq üçün:
1/2 stəkan qazlı su (sadə)
1 ədəd yumurta
4 xörək qaşığı çörək qırıntısı
2 xörək qaşığı qarğıdalı unu
1 çay qaşığı duz
1 çay qaşığı qara istiot
1 çay qaşığı qırmızı bibər tozu
1 çay qaşığı sarımsaq tozu

Qızartmaq:
1/2 stəkan maye yağ

Hazırlanma qaydası:

Yumurta və qazlı suyu yaxşıca çalıb üzərinə çörək qırıntıları, ədviyyatlar, duz və qarğıdalı unu əlavə edin.
Toyuqlarınızı istədiyiniz ölçüdə doğrayıb hazırladığınız məhlula yaxşıca buladıqdan sonra üzərini örtüb 15 dəqiqə soyuducuda saxlayın.
Yağı tavaya töküb qızdırın.
Sonra toyuqların sousunu süzüb tavaya əlavə edin və hər iki tərəfini qızardın.
Qızardılmış toyuqları sous və ya kartof qızartması ilə süfrəyə verə bilərsiniz.

NUŞ OLSUN😋.

Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz