Azərbaycancaaz
Mir.az » Resept » Darçınlı və Qozlu : Bananlı Keks Resepti

Darçınlı və Qozlu : Bananlı Keks Resepti

485
asan resept,asan yemək resept,sadə resept
1245 calories, 12 grams fat
Darçınlı və Qozlu : Bananlı Keks Resepti

Yemək Haqqında:

Türkiyə mətbəxindən Şirniyyat resepti.
Meyvəni sevməyənlərin belə yox deyə bilmədiyi banan keksi daha yumşaq və ətirli edir.Darçın və qozla qarışdırılmış keks xəmiri elə gözəl qoxur ki, onu çiy yemək istəyirsən.
Banan çörəyi kimi tanınan banan keks resepti digər kekslərdən çox da fərqlənmir. Bildiyiniz keks xəmiri hazırlayıb banan əlavə edirsiniz və nəticə mükəmməl olur. Amma qoz və darçın tozu əlavə etməyi unutmayın.

NEÇƏ NƏFƏR ÜÇÜN

12 nəfərlik

HAZIRLIQ VAXTI

30 dəqiqə

BİŞİRMƏ MÜDDƏTİ

45 dəqiqə

Tərkibi:

  • 3 ədəd yumurta
  • 3/4 stəkan şəkər tozu
  • 1/2 stəkan zeytun yağı
  • 1/2 stəkan süd
  • 3 ədəd banan
  • 1/2 stəkan qoz ləpəsi
  • 2 stəkan
  • 1 paket qabartma tozu
  • 1 çay qaşığı darçın

Hazırlanma qaydası:

Yumurtaları şəkər tozu ilə mikserin köməyi ilə ağaranadək çalın.
Zeytun yağı və süd əlavə etdikdən sonra çalmağa davam edin.
Qabıqları soyulmuş bananları çəngəllə əzdikdən sonra keks qarışığına əlavə edib spatula və ya taxta qaşıq ilə qarışdırın.
Ələnmiş un, qabartma tozu , doğranmış qoz və darçın əlavə edin.
Bütün inqrediyentləri əlavə etdiyiniz keks xəmirini qarışdırdıqdan sonra yağlanmış keks qəlibinə tökün və 170 dərəcə sobada 45 dəqiqə bişirin.
Bişdikdən sonra dilimlərə bölüb servis edin.

NUŞ OLSUN😋.



Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz