Azərbaycancaaz
Mir.az » Resept » Sobada Nar Kimi Qızarmış Kartoflu Toyuq Resepti

Sobada Nar Kimi Qızarmış Kartoflu Toyuq Resepti

21
asan resept,asan yemək resept,sadə resept
445 calories, 4 grams fat
Sobada Nar Kimi Qızarmış Kartoflu Toyuq Resepti

Yemək Haqqında:

Türkiyə mətbəxindən Yemək resepti.
Kifayət qədər vaxtınız yoxdur, amma axşam üçün ləzzətli bir süfrə qurmaq istəyirsiniz. Toyuğun sobada həm yaxşı bişməyini, həm də nar kimi qızarmağını istəyirsizsə narahat olmayın.Bir neçə sadə inqrediyentlə əsas yeməyə çevriləcək və çölü xırtıldayan, içərisi yumşaq qalacaq sobada kartoflu toyuq resepti gününüzü xilas edəcək və bir qəhrəmana çevriləcək.

Sobanızın modelindən asılı olaraq bişirmə vaxtı arta və ya azala bilər. Toyuqun ətli hissəsini diş çubuğu ilə yoxlayın, diş çubuğunun deşdiyi yerdən su çıxırsa, bişmişdir.

NEÇƏ NƏFƏR ÜÇÜN

4 nəfərlik

HAZIRLIQ VAXTI

15 dəqiqə

BİŞİRMƏ MÜDDƏTİ

45 dəqiqə

Tərkibi:

  • 6 ədəd toyuq budu
  • 2 ədəd kartof
  • 1 ədəd pomidor
  • 1 ədəd bibər

  • Sous üçün:
  • 1 xörək qaşığı bibər pastası
  • 2 diş sarımsaq
  • 1/3 stəkan zeytun yağı
  • 1 çay qaşığı qırmızı bibər tozu
  • 1.5 xörək qaşığı qatıq
  • 1 çay qaşığı duz
  • 1 çay qaşığı qara istiot

Hazırlanma qaydası:

Bir qabda sous üçün bütün inqrediyentləri qarışdırıb çox az miqdarda su əlavə edin.
Toyuq ətini soba qabına və ya istiliyədavamlı şüşə qaba düzün və üzərinə sousu töküb 20 dəqiqə marinad olması üçün gözləyin.Vaxtınız yoxdursa, gözləməyə də bilərsiniz.
Kartofları istədiyiniz ölçüdə doğrayıb zeytun yağı və duz ilə qarışdırın. Kartoflarınızı elə düzün ki, toyuq ətinin üzəri tam örtülməsin.
Sonra üzərinə pomidor və bibər qoyub bir az duz və su tökdükdən sonra 190 dərəcə qızdırılmış sobada 35-40 dəqiqə toyuq qızılı rəng alana qədər bişirin.
Çıxarıb isti halda servis edin.


NUŞ OLSUN?.



Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz