Azərbaycancaaz
Mir.az » Resept » Məşhur İtaliya Ləzzəti: Asan Minestrone Şorbası Resepti

Məşhur İtaliya Ləzzəti: Asan Minestrone Şorbası Resepti

21
asan resept,asan yemək resept,sadə resept
545 calories, 5 grams fat
Məşhur İtaliya Ləzzəti: Asan Minestrone Şorbası Resepti

Yemək Haqqında:

İtaliya mətbəxindən Şorba resepti.
Məşhur İtaliya şorbasının yeni versiyası. Dadlı olduğu qədər də sağlam olan Minestrone şorbası resepti sizi soyuq qış günlərində bədən müqavimətinizi artırmağa və isitməyə gəlir.

NEÇƏ NƏFƏR ÜÇÜN

5 nəfərlik

HAZIRLIQ VAXTI

10 dəqiqə

BİŞİRMƏ MÜDDƏTİ

45 dəqiqə

Tərkibi:

  • 1 ədəd kartof
  • 1 ədəd kök
  • 1/2 dəstə kərəviz
  • 1 ədəd kabaçki
  • 1/2 soğan
  • Yarım dəstə ispanaq
  • 2 parça gül kələmi
  • 1 ədəd soğan
  • 2 diş sarımsaq
  • 1 çay qaşığı duz
  • 1/2 stəkan yaşıl mərcimək
  • 1/2 çay qaşığı qara istiot
  • 1/2 stəkan süd
  • 3 xörək qaşığı zeytun yağı
  • 1.5 litr su

Hazırlanma qaydası:

Tərəvəzlərin qabığını soyub kub şəklində doğrayın. Bütün tərəvəzləri zeytun yağı ilə birlikdə qazana əlavə edib orta istilikdə 3-4 dəqiqə qızardın. Qızardılmış tərəvəzlərə mərcimək, ədviyyat və su əlavə edib ilk 20 dəqiqə orta odda, son 20 dəqiqə isə zəif odda bişirin.
Bişirdikdən sonra blenderdən keçirib isidilmiş südü əlavə edib 2-3 dəqiqə daha bişirin.
Bişdikdən sonra istədiyiniz kimi servis edin.


NUŞ OLSUN?.



Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz