Azərbaycancaaz
Mir.az » Resept » Beşəməl Souslu : İspanaq Qraten Resepti

Beşəməl Souslu : İspanaq Qraten Resepti

170
asan resept,asan yemək resept,sadə resept
620 calories, 6 grams fat
Beşəməl Souslu : İspanaq Qraten Resepti

Yemək Haqqında:

Türkiyə mətbəxindən Qəlyanaltı resepti.
Dəmirlə zəngin ispanağı sevənlər burdadır? Yeməklərini, salatlarını, bol qatıqla istifadə etməyi sevənlər üçün ispanağı bu dəfə fərqli şəkildə istifadə edəcəyiniz bir reseptlə qarşınızdayıq.
Beşəməl sousu və holland pendiri ilə qarışdırılmış ispanaq sobada bişirilir,ərinmiş və qızardılmış holland pendiri ilə iştahaaçan olur! Həm əsas yemək, həm də qızardılmış ət və toyuğun yanında qarnir olaraq istifadə edə biləcəyiniz bu reseptini çox bəyənəcəksiniz.

NEÇƏ NƏFƏR ÜÇÜN

6 nəfərlik

HAZIRLIQ VAXTI

20 dəqiqə

BİŞİRMƏ MÜDDƏTİ

20 dəqiqə

Tərkibi:

500 qram ispanaq (soyulmuş və təmizlənmiş)
1 ədəd soğan (doğranmış)
1/2 çay fincanı maye yağ
2 çay qaşığı duz
2 çay qaşığı qara istiot

Beşəməl sous üçün:
3,5 stəkan süd
2 xörək qaşığı un
2 xörək qaşığı kərə yağı

Üzəri üçün:
200 qram holland pendiri ( sürtgəcdən keçilmiş )

Hazırlanma qaydası:

İspanağı yaxşıca yuyub suyunu süzməsi üçün süzgəcə qoyun.
Soğanları doğrayıb tavaya tökün və üzərinə 1 xörək qaşığı zeytun yağı əlavə edərək qovurmağa başlayın.Ardı ilə xırda doğradığınız ispanağı əlavə edib azca qızardın, amma ispanaq çox ölməməlidir.
Sonra ocaqdan götürüb soyuması üçün kənara qoyun.
Ayrı bir sous tavasında unu qızardın.Qoxusu gələndə az-az süd əlavə edin.Ardı ilə duz və istiot əlavə edib ispanağın üzərinə tökün.İkisini qarışdırın və soba qabına qoyub üzərinə sürtgəcdən keçirilmiş holland pendiri əlavə edib sobaya qoyun.Əvvəlcədən isidilmiş sobada 180 dərəcə 15 dəqiqə bişirin və pendir əriyəndə sobadan çıxarın.
Otaq temperaturuna gəldikdən sonra dilimləyib süfrəyə verin.

NUŞ OLSUN😋.

Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz