Keçmişdən Gələn dadı - Monqolsayağı Ət Resepti
Yemək Haqqında:
Monqol mətbəxindən Yemək resepti.
Ət yeməklərini və fərqli dadları kəşf etməyi sevənlər üçün əla reseptimiz var: Monqol əti. Son zamanlar dünya mətbəxinin ən məşhur yeməklərindən birinə çevrilən monqolsayağı ət indi bir çox restoranların menyusunda yer alır və çox populyardır. Bu reseptin ən fərqli ləzzətlərindən biri zəncəfildir. Tək başına istifadə etmək istədikdə acı və kəskin dadı olsa da, yeməklərdə və souslarda istifadə edildikdə gözəl ətir verir və acı dadı hiss etdirmir. Bu reseptdə zəncəfil soya sousu və qəhvəyi şəkərlə qarşılaşır.
Təzə soğan və küncütlə son toxunuşu edib dadına dad qatılır.
Sizə bu yeməyi bişirməyi və ortaya çıxan o dadı hiss etməyinizi şiddətlə tövsiyə edirik. Yanına düyü və ya makaron qoyub servis edə bilərsiz.

NEÇƏ NƏFƏR ÜÇÜN
5 nəfərlikHAZIRLIQ VAXTI
25 dəqiqəBİŞİRMƏ MÜDDƏTİ
30 dəqiqəTərkibi:
1 kiloqram mal əti (2 barmaq qalınlığında zolaqlara kəsin)1 çay qaşığı acı bibər tozu ( pul bibər)
2 xörək qaşığı alma sirkəsi
1 çay qaşığı bal
2 xörək qaşığı zeytun yağı
1 çay qaşığı qara istiot
2 xörək qaşığı zeytun yağı
1 xörək qaşığı zəncəfil
2 diş sarımsaq
100 ml. soya sousu
60 qram qəhvəyi şəkər
1 xörək qaşığı nar şərab
250 mililitr su
2 səkan qarğıdalı nişastası (ətləri bulamaq üçün)
1 stəkan duru yağ (ətləri qızartmaq üçün)
1/2 dəstə soğan (yaşıl hissələrdən istifadə olunacaq)
1 çay qaşığı küncüt
Hazırlanma qaydası:
Böyük bir qabda doğranmış əti acı bibər tozu ,alma sirkəsi, bal, zeytun yağı və qara istiotla qarışdırıb 2 saat soyuducuda marinadlayın.
Zəncəfil və sarımsağı zeytun yağı ilə tavada qoxusu çıxana qədər qızardın.
Sonra soya sousu, qəhvəyi şəkər, nar şərab və 250 ml su əlavə edib arabir qarışdıraraq qaynamağa qoyun.
Sous qaynadıqdan sonra ocaqdan götürün.
Marinadlanmış əti bir qabda qarğıdalı nişastası ilə qarışdırın və artıq nişastanı süzgəcdən istifadə edərək ətin üzərindən ələyin.
Əti tavada qızdırdığınız yağda çölü bişənə və içi bir az çəhrayı rəng olana qədər bişirib ocaqdan götürün. Yağını çəkməsi üçün kağız dəsmallardan istifadə edə bilərsiniz.
Ət və soya sousu qarışığını tavada birləşdirin və nişasta sousu qalınlaşana qədər orta istilikdə bişirin.
Ətə soğanın yaşıl hissələrini əlavə edin və ocaqdan götürün.
Servis zamanı üzərinə küncüt səpərək süfrəyə verə bilərsiniz.
NUŞ OLSUN ?.

Şərhlər 0
Şərh Yaz