Asan və Yumşaq: Yumurtasız Südsüz Keks Resepti
Yemək Haqqında:
Türkiyə mətbəxindən Şirniyyat resepti.
Süd və süd məhsullarını sevməyənlər,vegan pəhrizi qəbul edən və evdə süd məhsulları olmadan dadlı keks hazırlamaq istəyənlər üçün əla reseptimiz var: Yumurtasız, südsüz keks! Üstəlik yumşaqdır! İstəsəniz üzərinə kakao və ya pudra şəkər səpib süfrəyə verə biləcəyiniz bu keksə qoz-fındıq da əlavə edilərək zənginləşdirilə bilərsiniz.

NEÇƏ NƏFƏR ÜÇÜN
10 nəfərlikHAZIRLIQ VAXTI
10 dəqiqəBİŞİRMƏ MÜDDƏTİ
30 dəqiqəTərkibi:
1.5 stəkan un3 xörək qaşığı kakao
1 stəkan şəkər tozu
1 paket qabartma tozu
1 paket vanil
1/2 çay qaşığı duz
5 xörək qaşığı bitki yağı
1 xörək qaşığı alma sirkəsi
1 stəkan su
2 xörək qaşığı badam
Hazırlanma qaydası:
Bütün quru inqrediyentləri bir qaba töküb qarışdırın. Qarışığın ortasında bir quyu düzəldib oraya alma sirkəsi, bitki yağı və su əlavə edib mikserlə keks xəmiri alınana qədər çalın.
Keks bişirəcəyiniz qəlibi yağlayıb,xəmiri töküb üzərinə badam səpin.
Əvvəlcədən isidilmiş 180 dərəcə sobada təxminən 30-35 dəqiqə bişirin.
Otaq temperaturuna gəldikdən sonra dilimləyib servis edə bilərsiz.
NUŞ OLSUN?.

Şərhlər 0
Şərh Yaz