Azərbaycancaaz
Mir.az » Resept » Türk Mətbəxindən Vazkeçilməz Ləzzət : Adana Kababı Resepti

Türk Mətbəxindən Vazkeçilməz Ləzzət : Adana Kababı Resepti

34
asan resept,asan yemək resept,sadə resept
620 calories, 6 grams fat
Türk Mətbəxindən Vazkeçilməz Ləzzət : Adana Kababı Resepti

Yemək Haqqında:

Türkiyə mətbəxindən Kabab resepti.
Evdə hazırlaya biləcəyiniz türk mətbəxindən Adana kababı. Asan , asan olduğu qədər də dadlı , ləzzətli bir kabab. Çəkilmiş ət ədviyyatlarla zənginləşir , kərə yağı ilə daha da ləzzətli bir dad alır. Bişdikdən sonra istədiyiniz qarnirlərlə və buz kimi ayranla yeyə bilərsiniz.
Şişlərin əvvəlcədən yağlanmasına diqqət edin. Çünki ətin bişərkən daha dadlı olmasına kömək edəcək. Bu yağlama üçün qəssabınızdan quyruq yağı alıb kababınıza dad verə bilərsiniz.

NEÇƏ NƏFƏR ÜÇÜN

6 nəfərlik

HAZIRLIQ VAXTI

30 dəqiqə

BİŞİRMƏ MÜDDƏTİ

20 dəqiqə

Tərkibi:

600 qram qiymə (quzu və mal əti qarışığı)
1 xörək qaşığı acı bibər tozu
2 çay qaşığı duz
1 çay qaşığı qara istiot
1 xörək qaşığı kərə yağı (zövqə görə )
1 ədəd qırmızı bibər (zövqə görə)

Hazırlanma qaydası:

Çəkilmiş ətə acı bibər tozu əlavə edib 15 dəqiqə yoğurun.
Sonra duz,qırmızı bibər və kərə yağı əlavə edib daha 5 dəqiqə yoğurmağa davam edin.
Yoğurma zamanı əllərinizi vaxtaşırı nəmləndirin. Bu, yoğurma prosesini asanlaşdıracaq.
Çəkilmiş əti şişlərə çəkib düzün.
Ən azı 5-6 saat dincəlməsi üçün soyuducuya qoyun.
Soyuducudan çıxardıqdan sonra ya sobada ya manqalda , ya da tavada bişirə bilərsiniz.Sobada bişirəcəksinizsə, əvvəlcədən 180 dərəcədə isidilmiş sobada 20 dəqiqə hər iki üzünü çevirərək bişirə bilərsiniz.
Yanında bol tərəvəz, göyərti , soğan və ayranla servis edə bilərsiz.


NUŞ OLSUN ?.

Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz