Azərbaycancaaz
Mir.az » Resept » Manqalda və ya Sobada: Qızılbalıq Resepti

Manqalda və ya Sobada: Qızılbalıq Resepti

38
asan resept,asan yemək resept,sadə resept
210 calories, 2 grams fat
Manqalda və ya Sobada: Qızılbalıq Resepti

Yemək Haqqında:

Türkiyə mətbəxindən Balıq resepti.
Omeqa-3,yağ turşuları ilə zəngin olan soyuq suda yetişdirilən qızılbalıq onu daha dadlı etmək üçün kifayətdir.
Zeytun yağı, dəfnə yarpağı, limon suyu, qurudulmuş ədviyyatlar və əzilmiş sarımsaq...Yağlı balıq olduğu üçün manqalda və ya sobada bişirərək balığa ən böyük yaxşılığı edə bilərsiniz.

NEÇƏ NƏFƏR ÜÇÜN

2 nəfərlik

HAZIRLIQ VAXTI

10 dəqiqə

BİŞİRMƏ MÜDDƏTİ

10 dəqiqə

Tərkibi:

  • 2 dilim qızılbalıq (bir qədər qalın dilimlərə kəsilmiş)
  • 1/2 çay fincanı zeytun yağı
  • 1 xörək qaşığı təzə sıxılmış limon suyu
  • 1 ədəd dəfnə yarpağı
  • 1 çay qaşığı qara bibər dənəsi
  • 1/2 çay qaşığı duz

  • Servis üçün:
  • 1 dilim limon

Hazırlanma qaydası:

Böyük bir qaba zeytun yağı, təzə sıxılmış limon suyu, dəfnə yarpağı, qara bibər toxumu və duz əlavə edib qarışdırın.
Balıq dilimlərini bu qarışığa qoyun və ən azı 30 dəqiqə soyuducuda saxlayın.( Balığı 6-8 saat soyuducuda saxladıqdan sonra bişirə bilərsiniz. Marinadlama müddətinin uzadılması balığın dadını artırır.)
Balığı soyuducudan çıxarıb əvvəlcədən isidilmiş manqalda hər iki tərəfini çevirərək qısa müddətə bişirin.(Marinadlanmış qızılbalığı əvvəlcədən isidilmiş sobada yağlı kağız üzərində qısa müddətdə də bişirə bilərsiniz.)
Hazır olduqdan sonra limon dilimləri və göyərti ilə birlikdə sevdiklərinizlə isti halda bölüşün.

NUŞ OLSUN😋.



Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz