Azərbaycancaaz
Mir.az » Resept » Fit Keks: Şəkərsiz Yağsız Muffin Resepti

Fit Keks: Şəkərsiz Yağsız Muffin Resepti

394
asan resept,asan yemək resept,sadə resept
1230 calories, 12 grams fat
Fit Keks: Şəkərsiz Yağsız Muffin Resepti

Yemək Haqqında:

Türkiyə mətbəxindən Şirniyyat resepti.
Şəkər və yağın desertlərə gətirdiyi dad çox fərqlidir. Yağlı və şəkərli şirniyyat yeməkdən özümüzü saxlaya bilmirik və nəticədə vicdan əzabı çəkirik. Bununla belə, hamımız sağlam yaşamaq və çəkiyə nəzarət etmək fikrindəyik... Bu yolda şirniyyatdan əl çəkə bilməyənlər üçün ən az şəkərli,yağsız olan bir reseptimiz var -Yağsız, şəkərsiz kakaolu muffinlər.

NEÇƏ NƏFƏR ÜÇÜN

12 nəfərlik

HAZIRLIQ VAXTI

15 dəqiqə

BİŞİRMƏ MÜDDƏTİ

30 dəqiqə

Tərkibi:

2 ədəd böyük ölçü yetişmiş banan
2ədəd orta ölçü yetişmiş avokado
3 xörək qaşığı üzüm bəkməzi
4 xörək qaşığı bal
2 çay qaşığı vanil ekstraktı
1 çay qaşığı darçın
1 ədəd yumurta
1 paket qabartma tozu
1.5 stəkan tam buğda unu
2 xörək qaşığı kakao
1/2 çay qaşığı duz

Hazırlanma qaydası:

Şəkərsiz Yağsız Kakaolu Muffin Reseptinin İpucu
Tam buğda unu yerinə yulaf unu və badam unu kimi müxtəlif unlardan istifadə etməklə də reseptinizi hazırlaya bilərsiniz.Ancaq bu cür un istifadə etdikdə, miqdarında dəyişikliklər olacaq. Əgər ununuz çatışmırsa, mütləq əlavə edin.
Əgər keksinizin ağızda dağılan olmasını istəyirsinizsə, ona 2 xörək qaşığı kokos yağı əlavə edə bilərsiniz.
Daha çox şokolad və kakao dadı istəyirsinizsə, 99% tünd şokolad və ya tünd damla şokolad əlavə edə bilərsiniz.

Unu ələyin. Üzərinə darçın, kakao, qabartma tozu və duz əlavə edib yaxşıca qarışdırın.
Bananların qabığını soyun.
Avokadonun toxumlarını və qabığını çıxarın.
Banan və avokadoları mətbəx robotundan keçirin. Üzərinə vanil ekstraktı, yumurta, bal və bəkməz əlavə edib robotu yenidən işə salın.
Bütün maddələr bir-birinə qarışdıqda artıq hazırdır deməkdir.
Avokado-banan qarışığını taxta qaşıqla quru inqrediyentlərə əlavə edin və aşağıdan yuxarıya doğru yaxşıca qarışdırın.
Sonra xəmiri muffin qablarına bölün və əvvəlcədən isidilmiş 170 dərəcə sobada 30-35 dəqiqə bişirin.
Sobadan çıxarıb soyuduqdan sonra çay və ya qəhvənin yanında süfrəyə verə bilərsiniz.

NUŞ OLSUN😋.

Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz