Azərbaycancaaz
Mir.az » Resept » Bu Dəfə Evdə : İskəndər Kababı Resepti

Bu Dəfə Evdə : İskəndər Kababı Resepti

170
asan resept,asan yemək resept,sadə resept
410 calories, 4 grams fat
Bu Dəfə Evdə : İskəndər Kababı Resepti

Yemək Haqqında:

Türkiyə mətbəxindən Kabab resepti.
İskəndər 19-cu əsrdə restoran işlədən bir gəncin əti fərqli üsulla bişirdiyi zaman ortaya çıxan yeməkdir. Gəncin adını daşıyan bu yemək Bursanın yerli dadına çevrilib. Vətəni Türkiyə olan İskəndər bir çox Avropa ölkələrində də istehlak olunur. Qida dəyəri ilə zəngin olan İskəndər kababı əzələ və sümük inkişafını dəstəklədiyi üçün idmançıların siyahısında da öz yerini alıb. Mir. az “evdə İskəndər olarmı?” deyənləri təəccübləndirəcək ev şəraitində İskəndər kababının reseptini təqdim edir.

NEÇƏ NƏFƏR ÜÇÜN

4 nəfərlik

HAZIRLIQ VAXTI

45 dəqiqə

BİŞİRMƏ MÜDDƏTİ

10 dəqiqə

Tərkibi:

Dönər üçün:
500 qram yağsız qiymə
3 xörək qaşığı manna yarması
3 xörək qaşığı qatıq
1 ədəd rəndələnmiş soğan
1/2 çay qaşığı soda
1 çay qaşığı istiot
1 çay qaşığı kəklikotu
1 çay qaşığı duz

Sousu üçün:
2-3 ədəd pomidor
1 xörək qaşığı kərə yağı
1 xörək qaşığı tomat pastası
1 çay qaşığı çili bibər pastası
1 çay qaşığı istiot
1 çay qaşığı duz
Pide çörəyi

Üzəri üçün:
1 xörək qaşığı kərə yağı
3 ədəd qovrulmuş yaşıl bibər
1 kasa qatıq

Hazırlanma qaydası:

Dönəri hazırlamaq üçün bir qaba qiymə, manna yarması, sürtgəcdən keçilmiş sarımsaq, qatıq, soda, duz, istiot və kəklikotu töküb yaxşıca qarışdırın. Hazırladığınız kütləyə dörd barmaq hündürlüyündə rulon forması verin. Streç sellofana büküb bir gecə soyuducuda saxlayın.
Sousu hazırlamaq üçün sürtgəcdən keçilmiş pomidor, kərə yağı, tomat pastası, çili bibər pastası, istiot və duzu qazana töküb bişirin.
Pide çörəyini kub formasında doğrayıb soba sinisinə yerləşdirin.
Rulet formasında büküb soyuducuda gözlətdiyiniz əti soyuducudan çıxarıb otaq temperaturunda çox gözlətmədən dilimləyib çörəklərin üzərinə qoyun. Əvvəlcədən 200 dərəcə qızdırılmış sobada üzəri qızılı rəng olana qədər( təxminən 10 dəqiqə ) bişirin.
Sobadan çıxarıb üzərinə sousu və ərinmiş kərə yağını töküb qatıqla süfrəyə verin.
Zövqə görə yanına pomidor , bibər közləyə bilərsiniz.

NUŞ OLSUN😋.

Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz