Azərbaycancaaz
Mir.az » Resept » Sobada Kartoflu Dönər Resepti

Sobada Kartoflu Dönər Resepti

31
asan resept,asan yemək resept,sadə resept
615 calories, 6 grams fat
Sobada Kartoflu Dönər Resepti

Yemək Haqqında:

Türkiyə mətbəxindən Qəlyanəltı resepti.
Evdə asan, lakin dadlı yeməklər hazırlamaq istəyirsinizsə, doğru reeptdəsiniz. Əslində, bu reseptin tələbələr arasında çox populyar olacağına əminik, çünki bu, çox rahat və asan hazırlanan reseptdir.
Onu kərə yağlı sousla süfrəyə vermək dadını bir az daha dadlı esir. Qatıq da bu reseptin tamamlayıcılarından sayılır, onu süfrənizdən əskik etməyin.

NEÇƏ NƏFƏR ÜÇÜN

6 nəfərlik

HAZIRLIQ VAXTI

10 dəqiqə

BİŞİRMƏ MÜDDƏTİ

15 dəqiqə

Tərkibi:

5 ədəd kartof
400 qram ət
150 qram sürtkəcdən keçilmiş holland pendiri
1/2 stəkan qaymaq

Üzəri üçün:
4 xörək qaşığı kərə yağı
1 çay qaşığı qırmızı toz bibər

Hazırlanma qaydası:

Kartofu soyub, ev üsulu doğrayıb qızdırılmış yağda qızardın.
Əti tavada suyu çıxıb çəkilənə qədər bişirin və ocaqdan götürün.
Bişirdiyiniz kartofun yarısını istiliyədavamlı soba qabına qoyub üzərinə holland pendiri və qaymaq səpib ətin yarısı ilə üzərini örtün.
Qalan inqrediyentlərlə eyni prosesi təkrarlayın və əvvəlcədən isidilmiş 180 dərəcə sobada 15 dəqiqə bişirin.
Sobadan çıxan kimi dilimləyib süfrəyə qoyun. Üzərinə qırmızı bibər tozunu ilə qızdırdığınız yağı töküb yeyə bilərsiniz.


NUŞ OLSUN ?.

Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz