Turş və Şirin Dadların Sintezi : Alma Dolması Resepti
Yemək Haqqında:
Azərbaycan mətbəxindən Yemək resepti.
Zəngin çeşidə malik Azərbaycan mətbəxində dolmaların müxtəlif növləri var. Bunlardan biri də alma dolmasıdır. Əgər əvvəllər alma dolması hazırlamamısınızsa, tövsiyə etdiyimiz reseptlə çətinlik çəkmədən ləziz dolma hazırlaya bilərsiniz.

NEÇƏ NƏFƏR ÜÇÜN
3 nəfərlikHAZIRLIQ VAXTI
25 dəqiqəBİŞİRMƏ MÜDDƏTİ
25 dəqiqəTərkibi:
3 ədəd alma (turş)200 qram qoyun əti (qiymə)
1 ədəd soğan
100 qram keşniş
1 çay qaşığı duz
1 çay qaşığı istiot
Yarım çay qaşığı sarıçiçək
100 ml üzüm sirkəsi
1 çay qaşığı şəkər tozu
Hazırlanma qaydası:
İlk öncə qiyməni tavaya töküb qovurun. Üzərinə xırda doğranmış soğanı da əlavə edib qovurmağa davam edin. Doğranmış keşniş, duz, istiot, sarıçiçək əlavə edib qarışdırın və ocaqdan götürün.
Almaları yaxşıca yuyun. Üst hissəsini qapaq kimi kəsib kənara qoyun. Almanın iç hissəsini oyaraq çıxarıb içliklə doldurun. Doldurulmuş almaların qapaqlarını örtüb soba qabına düzün.
Bir qabda üzüm sirkəsi və şəkər tozunu qarışdırıb soba qabına (almaların yanlarına) tökün. Əvvəlcədən 160 dərəcə qızdırılmış sobada bişirin. Bişməyini çöp şiş batıraraq yoxlaya bilərsiniz.
NUŞ OLSUN ?.

Şərhlər 0
Şərh Yaz