Görünüşü Bir Başqa : Midyə Börəyi Resepti
Yemək Haqqında:
Türkiyə mətbəxindən Börək resepti.
İlk baxışdan hazırlanması çətin kimi görünsə də onu hazırlamağa başlayanda nə qədər asan olduğunu görəcəksiniz.Çox qəşəng görünən bu börəklərin hazırlanma mərhələlərini sizin üçün addım-addım izah etdik.
İçliyi istədiyiniz kimi dəyişə bilərsiniz.

NEÇƏ NƏFƏR ÜÇÜN
12 nəfərlikHAZIRLIQ VAXTI
10 dəqiqəBİŞİRMƏ MÜDDƏTİ
30 dəqiqəTərkibi:
5 ədəd yağlı xəmir3 xörək qaşığı kərə yağı
1 stəkan su
Yarım stəkan süd
İçərisi üçün:
1,5 stəkan pendir ( xırda -xırda doğranmış )
Yarım dəstə cəfəri
Üzəri üçün:
1 ədəd yumurta sarısı
1 çay qaşığı qatıq
Küncüt
Hazırlanma qaydası:
Kərə yağıni əridib içərisinə 1 stəkan su , yarım stəkan süd əlavə edib qarışdırın.
Bir ədəd xəmiri masanın üstünə sərib 4 bərabər üçbucağa bölün və hər birini kərə yağlı qarışımla fırça ilə yağlayın. Uc hissəsindən bir barmağınızla yuxarıya doğru xəmiri sürüşdürərək büzün. Kənarda qalan geniş parçaları ortada birləşdirib uc hissəsinə pendir və cəfəri qarışımından qoyub sarıyın. Yerdə qalan bütün xəmirlərə bu qaydanı tətbiq edib yağlanmış soba qabına düzün. Üstlərinə yumurta sarısı və qatıq qarışımını çəkib, küncüt səpdikdən sonra əvvəlcədən 170 dərəcədə qızdırılmış sobada üstləri qızarana qədər bişirin.
Sobadan çıxarıb soyuduqdan sonra servis edə bilərsiz.
NUŞ OLSUN?.

Şərhlər 0
Şərh Yaz