Azərbaycancaaz
Mir.az » Resept » Bakı Mətbəxinin Unudulmuş Yeməyi : Şeşəndaz Plovu Resepti

Bakı Mətbəxinin Unudulmuş Yeməyi : Şeşəndaz Plovu Resepti

54
asan resept,asan yemək resept,sadə resept
235 calories, 2 grams fat
Bakı Mətbəxinin Unudulmuş Yeməyi : Şeşəndaz Plovu Resepti

Yemək Haqqında:

Azərbaycan mətbəxindən Yemək resepti.
Keçmişdə Abşeron əhalisinə xas olan Şeşəndaz (Şazəndə) unudulmuş yeməklərdəndir. Şeşəndaz həm ətsiz , həm də ət ilə hazırlanır. Bu plov adətən qışda varlı ailələrdə bişirilirdi. Mir.az milli mətbəximizin unudulmuş yeməklərindən Şeşəndaz plovunun reseptini təqdim edir.

NEÇƏ NƏFƏR ÜÇÜN

2 nəfərlik

HAZIRLIQ VAXTI

20 dəqiqə

BİŞİRMƏ MÜDDƏTİ

35 dəqiqə

Tərkibi:

  • 150 qr düyü
  • 50 qr ərinmiş kərə yağı
  • 2 ədəd yumurta
  • 100 qr soğan
  • 0,5 qr limon duzu
  • 5 qr şəkər tozu
  • 0,1 qr zəfəran
  • 0,2 qr darçın
  • duz, istiot

Hazırlanma qaydası:

İlk öncə soğanı halqa doğrayın. Doğradığınız soğanı tavada yağda qızardın. Üzərinə limon duzu və şəkər tozu əlavə edib qarışdırın. Yumurtaları bir kasada çırpın. Çırpdığınız yumurtaları bişən soğanın üzərinə əlavə edib bişirin.

Düyünü suda yarım saatlıq isladın. Qazanda düyü üçün az duzlu su qaynadıb bişirin. Bişirib süzdüyünüz düyünün aralarına zəfəran səpərək dəmə qoyun. Süfrəyə verdikdə plovun üstünə qayğanaq ,əridilmiş kərə yağı və darçın səpin.


NUŞ OLSUN ?



Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz