Azərbaycancaaz
Mir.az » Resept » Bu Dəfə Yerkökü ilə : Dadlı, Ətirli Plov Resepti

Bu Dəfə Yerkökü ilə : Dadlı, Ətirli Plov Resepti

268
asan resept,asan yemək resept,sadə resept
460 calories, 4 grams fat
Bu Dəfə Yerkökü ilə : Dadlı, Ətirli Plov Resepti

Yemək Haqqında:

Türkiyə mətbəxindən Yemək resepti.
Heç yerkökü və düyünü birlikdə sınamısınız? Toyuq yeməkləri ilə yanaşı süfrəyə doyurucu və dadlı yerkökü plovu da verə bilərsiniz. Mir.az rəngli plovlardan biri yerkökülü plovun reseptini təqdim edir.

NEÇƏ NƏFƏR ÜÇÜN

4 nəfərlik

HAZIRLIQ VAXTI

20 dəqiqə

BİŞİRMƏ MÜDDƏTİ

60 dəqiqə

Tərkibi:

2 stəkan yumru düyü
3 stəkan qaynar su
1 çay qaşığı duz
1 çay qaşığı limon suyu
3 xörək qaşığı zeytun yağı
1 xörək qaşığı kərə yağı
1 ədəd böyük ölçülü yerkökü
1 çay qaşığı sürtgəcdən keçilmiş limon qabığı

Hazırlanma qaydası:

Bir qabda düyünü duz və bir neçə damcı limon suyu ilə isti suda ( su soyuyana qədər )isladın. Daha sonra bol su ilə yuyub suyunu süzün.
Zeytun yağını tavada qızdırın. 1 ədəd sürtgəcdən keçirilmiş yerkökünü daim qarışdıraraq 5 dəqiqə qovurun. Yuyulmuş və süzülmüş düyünü də əlavə edib 5 dəqiqə daha qovurun. Qaynar suyu və duzu əlavə edin. Bir buğum qaynadıqdan sonra ocağı azaldın. Su buxarlanana qədər düyünü bişirin. Bişən düyünü ocaqdan götürüb, 1 çay qaşığı xırda doğranmış soyuq kərə yağı və yarım limonun rəndələnmiş qabığını əlavə edin. Qazanın qapağını bağlayıb 5 dəqiqə dəmə qoyun.

NUŞ OLSUN😋.

Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz