Görünüşü Möhtəşəm : Bayram Süfrənizi Bəzəyəcək Gül Buketi Salat Resepti
Yemək Haqqında:
Azərbaycan mətbəxindən Salat resepti.
Qarşıdan yeni il gəlir. Sizdə süfrələrinizdə həm görünüşü ,həm də dadı damaqlarda qalan ləzzət axtarırsızsa , bu resept sizin üçündür. “Gül buketi” həm dadıyla, həm də möhtəşəm görünüşüylə bayram süfrələrinizi bəzəyəcək. Hamı dadına, görünüşünə heyran qalacaq.

NEÇƏ NƏFƏR ÜÇÜN
8 nəfərlikHAZIRLIQ VAXTI
35 dəqiqəBİŞİRMƏ MÜDDƏTİ
Tərkibi:
1 ədəd siyənək balığı filesi3 ədəd çuğundur
1 ədəd yerkökü
2-3 ədəd kartof
1 ədəd soğan
2 diş sarımsaq
2 ədəd yumurta
Yarım dəstə cəfəri
mayonez
Blinçik üçün:
2 ədəd yumurta
0,5 stəkan süd
0,5 stəkan kefir
1 çay qaşığı soda
1 çay qaşığı duz
1 çay qaşığı şəkər tozu
3 xörək qaşığı bitki yağı
Hazırlanma qaydası:
Salat üçün yerkökü, kartof və çuğunduru suda bişirin. Bişən tərəvəzləri sürtgəcdən keçirin.
Çuğundura mayonez və əzilmiş sarımsaq əlavə edib qarışdırın və kənara qoyun.
Az duzlu siyənək balığı filesinin dərisini soyub,sümüklərini çıxarıb kub şəklində doğrayın. Soğanı da xırda kub şəklində doğrayın.
Salatı hazırlayacağınız qaba ilk öncə doğranmış balığı ardı ilə soğanı düzüb mayonezləyin.Növbəti qata kartof düzüb mayonezləyin. Daha sonra yerkökü və bişib sürtgəcdən keçilmiş yumurta qatını da düzüb mayonezləyin. Salatın qatlarını tökdükcə ” dağ ” şəkli verib mayonezi salatın hər tərəfinə yaxın.
Blinçiki hazırlamaq üçün 2 ədəd yumurta, süd və kefiri qarışdırıb üzərinə soda ,un , bitki yağı və şəkər tozu töküb yaxşıca qarışdırın və xəmiri 15 dəqiqə kənarda saxlayın.
Daha sonra blinçik xəmirindən 2-3 mm qalınlığında blinçiklər bişirin. Bişib soyumuş blinçikin üzərinə kənara ayırdığınız sarımsaqlı-çuğundurlu qarışıqdan yaxın və rulet şəklində büküb 1,5-2 sm qalınlığında kəsin və salatın üzərinə yerləşdirin.
Rulonların aralarınada qalan boşluqları cəfəri yarpaqlarıyla doldurun. Salat hazır olduqda süfrəyə verə bilərsiniz.
NUŞ OLSUN😋.

Şərhlər 0
Şərh Yaz