Azərbaycancaaz
Mir.az » Resept » Yeni İl Süfrənizi Bəzəyəcək Yerkökü Salatı Resepti

Yeni İl Süfrənizi Bəzəyəcək Yerkökü Salatı Resepti

61
asan resept,asan yemək resept,sadə resept
6 calories, 6 grams fat
Yeni İl Süfrənizi Bəzəyəcək Yerkökü Salatı Resepti

Yemək Haqqında:

Türkiyə mətbəxindən Salat resepti.
Belə bir maraqlı salat hər bir uşağı sevindirəcək. Buna görə, uşağınızın ad günü üçün əla bir seçim olacaqdır. Və ya salatların orijinal təqdimatını sevirsinizsə, onda bu yerkökü salatını da bəyənəcəksiniz. Mir.az narıncı örtüklü görünüşü,rəngi və dadı ilə uşaqlarınızı sevindirəcək salatın reseptini təqdim edir.

NEÇƏ NƏFƏR ÜÇÜN

6 nəfərlik

HAZIRLIQ VAXTI

30 dəqiqə

BİŞİRMƏ MÜDDƏTİ


Tərkibi:

200 qram toyuq filesi
300 qram kartof
300 qram göbələk
2 ədəd yumurta
150 qram soğan
Zövqə görə duz, mayonez
1 dəstə şüyüd
Bitki yağı

Hazırlanma qaydası:

İlk öncə kartof, yerkökü , toyuq filesi və yumurtanı qaynadıb bişirin.
Göbələk və soğanı xırda doğrayın. Tavaya azca bitki yağı töküb soğanı qovurun. Üzərinə doğranmış göbələyi də əlavə edib bişirin. Duz səpib bir neçə dəqiqə arabir qarışdıraraq qovurun.
Kartof, yerkökü və yumurtanı sürtgəcin xırda gözündən keçirin.
Bişmiş, soyumuş toyuq filesini xırda doğrayın.
Salatı hazırlayacağınız böyük ölçülü boşqaba yerkökü formasında kartofu yayıb mayonezləyin. Daha sonra qovrulmuş göbələkli soğanı da yayıb, toyuq filesi düzüb mayonezləyin.Üzərindən sürtgəcdən keçilmiş yumurtanı yayın və azca mayonezləyin. Ən sonda sürtgəcdən keçilmiş yerkökünü hər tərəfinə yayın və salatın yaşıl hissəsini şüyüdlə bəzəyib süfrəyə verə bilərsiniz.

NUŞ OLSUN😋.

Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz