Görünüşü Möhtəşəm : Qatıqlı Şorba Resepti
Yemək Haqqında:
Türkiyə mətbəxindən Şorba resepti.
Qatıq şorbasının tərkibində kalsium var, çünki o, qatıqla hazırlanır. Bu sayədə xüsusilə qış aylarında həm kalsium baxımından, həm də dadına görə süfrələrdən əskik olmayacaq bir şorbadır.

NEÇƏ NƏFƏR ÜÇÜN
4 nəfərlikHAZIRLIQ VAXTI
15 dəqiqəBİŞİRMƏ MÜDDƏTİ
35 dəqiqəTərkibi:
3 stəkan isti su1/2 stəkan yumru düyü
2 stəkan qatıq
1 ədəd yumurta
1 dolu xörək qaşığı un
2 stəkan soyuq su
1/2 stəkan bişmiş noxud
2 xörək qaşığı kərə yağı
1 xörək qaşığı nanə qurusu
1 çay qaşığı duz
1 çay qaşığı istiot
Hazırlanma qaydası:
Əvvəlcə yumru düyünü yuyub bişirin.
Bir qabda qatıq, yumurta və unu tel çırpıcıyla yaxşıca qarışdırın.
Bişən düyüyə 2 stəkan soyuq su əlavə edin və ilıq düyülü sudan qatığa əlavə edib qarışdırın. Daha sonra qatıqlı qarışığı düyülü suya əlavə edib dayanmadan qarışdırın.
Qazanı ocağa qoyub 5-10 dəqiqə qaynadın. Qaynayan şorbaya bişmiş noxud da əlavə edin. Başqa bir tavada kərə yağını əridib üzərinə nanə qurusu əlavə edib qovurun. Qaynayan şorbaya nanəli yağı da əlavə edib zövqə görə duz, istiot səpib qarışdırın.
Hazır isti şorbanı süfrəyə verə bilərsiniz.
NUŞ OLSUN😋.

Şərhlər 0
Şərh Yaz