Azərbaycancaaz
Mir.az » Resept » B və C Vitaminləri ilə Zəngin : Naringili Keks Resepti

B və C Vitaminləri ilə Zəngin : Naringili Keks Resepti

82
asan resept,asan yemək resept,sadə resept
1045 calories, 10 grams fat
B və C Vitaminləri ilə Zəngin : Naringili Keks Resepti

Yemək Haqqında:

Türkiyə mətbəxindən Şirniyyat resepti.
B və C vitaminləri ilə zəngin olan qış meyvəsi naringini sevənlər üçün dadlı bir keks. Sizdə evdə asan hazırlanan ətirli, ləzzətli və yumşaq naringili keksi hazırlayıb günün istənilən saatı , qonaq süfrələrinizdə çayın yanında yeyə bilərsiniz. Hər jəs dadına , ətrinə heyran qalacaq.

NEÇƏ NƏFƏR ÜÇÜN

10 nəfərlik

HAZIRLIQ VAXTI

15 dəqiqə

BİŞİRMƏ MÜDDƏTİ

45 dəqiqə

Tərkibi:

4 ədəd yumurta
3/4 stəkan şəkər tozu
1/2 stəkan zeytun yağı
1/2 stəkan təzə sıxılmış naringi şirəsi
2,5 xörək qaşığı qatıq
1,5 stəkan un
1/2 stəkan badam unu
1 paket qabartma tozu

Üzəri üçün:
3 ədəd naringi

Hazırlanma qaydası:

Bir qabda yumurta və şəkər tozunu mikserlə yaxşıca çırpın. Üzərinə qatıq, zeytun yağı və təzə sıxılmış naringi şirəsini əlavə edib çırpmağa davam edin. Daha sonra ələnmiş un ,qabartma tozu və badam ununu əlavə etdikdən sonra keks xəmirini taxta qaşıq və ya spatulayla qarışdırın.
Keks qəlibini kərə yağı ilə yağlayıb ,xəmiri qəlibə yayıb üzərinə qabıqları və ağ hissələri təmizlənmiş naringiləri zövqə görə düzün.
Əvvəlcədən 160 dərəcə qızdırılmış sobada 45 dəqiqə bişirin. Sobadan çıxan keksi soyuması üçün kənara qoyun. Daha sonra dilimləyib süfrəyə verə bilərsiniz.


NUŞ OLSUN ?.

Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz