Azərbaycancaaz
Mir.az » Resept » Portağallı Peçenye Resepti

Portağallı Peçenye Resepti

143
asan resept,asan yemək resept,sadə resept
1520 calories, 15 grams fat
Portağallı Peçenye Resepti

Yemək Haqqında:

Türkiyə mətbəxindən Şirniyyat resepti.
Əvvəllər nənələrimiz ən asan və dadlı peçenye hazırlayırdılar.Hələ bişərkən evə portağalın ləzzətli qoxusu yayılar , yeyərkən ağızda əriyərdi.Bu ləzzət yəqin ki, bir çoxlarınızın ən ləzzətli və unudulmaz xatirələri arasında həkk olunub. Söhbət portağallı ana peçenyesindən gedir.
Sobaları qızdırmağa başlayın, çayın yanında sizə gözəl xatirələrinizi xatırladacaq peçenyelər gəlir.

NEÇƏ NƏFƏR ÜÇÜN

15 nəfərlik

HAZIRLIQ VAXTI

15 dəqiqə

BİŞİRMƏ MÜDDƏTİ

20 dəqiqə

Tərkibi:

125 qram otaq temperaturunda kərə yağı
2 ədəd yumurta
1 stəkan şəkər tozu
1 paket qabartma tozu
1 ədəd portağalın qabığı
1 ədəd portağalın şirəsi
4-4.5 stəkan un
1 paket vanil

1 stəkan şəkər kirşanı ( pudra şəkər )

Hazırlanma qaydası:

Yumurta, yağ və şəkər tozunu bir qaba töküb qarışdırın. Üzərinə portağal suyunu və qabığını əlavə edib yenidən qarışdırmağa davam edin.
Aldığınız qarışıma qabartma tozu, vanil və unu az-az əlavə edib yoğurun (bir az yapışqan xəmir olacaq) və 30 dəqiqə soyuducuda saxlayın.
Soyuducudan çıxardıqdan sonra xəmirdən qoz böyüklüyündə parçalar götürüb forma verin və bir tərəfini şəkər kirşanına batırıb soba qabına qoyun.
Əvvəlcədən 180 dərəcədə qızdırılmış sobada 20-25 dəqiqə bişirin. Bişdikdən sonra çıxarın və otaq temperaturunda soyudun.
Soyuduqdan sonra servis edə bilərsiniz.

NUŞ OLSUN ?.

Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz