Azərbaycancaaz
Mir.az » Resept » Yeni İl Süfrəsinin Bəzəyi : Sobada Almalı Gavalılı Toyuq Resepti

Yeni İl Süfrəsinin Bəzəyi : Sobada Almalı Gavalılı Toyuq Resepti

31
asan resept,asan yemək resept,sadə resept
660 calories, 6 grams fat
Yeni İl Süfrəsinin Bəzəyi : Sobada Almalı Gavalılı Toyuq Resepti

Yemək Haqqında:

Türkiyə mətbəxindən Yemək resepti.
Fərqli ləzzət , aroma axtarışında olanlar üçün, bayram süfrəsində süfrənin ən dadlı təamlarından birini hazırlamaq istəyənlər üçün ideal seçim toyuq qızartmasıdır. Toyuğu qara gavalı və almalı içliklə doldurub sobada qızardın. Bayramın səhəri günü hamı sizin toyuğun dadından ,ləzzətindən ,aromasından danışacaq.

NEÇƏ NƏFƏR ÜÇÜN

6 nəfərlik

HAZIRLIQ VAXTI

15 dəqiqə

BİŞİRMƏ MÜDDƏTİ

60 dəqiqə

Tərkibi:

  • 1 ədəd bütöv toyuq
  • 3 ədəd alma
  • 5 ədəd qara gavalı qurusu
  • 1 çay qaşığı karri (ətirli ədviyyat qarışığı)
  • 1 çay qaşığı xardal
  • 3 xörək qaşığı zeytun yağı
  • 1 xörək qaşığı bəkməz
  • 1 çay qaşığı duz ( üzəri üçün )
  • Duz,istiot zövqə görə
  • 1 çay qaşığı uksus
  • 1 çay qaşığı şəkər tozu
  • 1/3 stəkan su

Hazırlanma qaydası:

Bütöv toyuğu əvvəlcə azca qaynadın. Suyunu süzüb toyuğun üstünə və içərisinə bəkməz , zeytun yağı duz, istiot və karri qarışığı sürtün.
Turş almaları kub şəklində doğrayıb bir qabda uksus, şəkər tozu və su qarışdırıb almaların üzərinə səpin. Qara gavalını isti suda isladıb yumşaldıqdan sonra uzun çubuqlar şəklində doğrayıb alma ilə qarışdırıb toyuğun içərisinə doldurun. Toyuğu mətbəx sapıyla tikib üzərinə xardal yaxıb soba paketinə yerləşdirin. İçlik artıqdırsa toyuğun kənarına düzün. Əvvəlcədən 180 dərəcə qızdırılmış sobada 1 saat bişirin. (Əgər soba paketiniz yoxdursa alüminium folqaya büküb bişirə bilərsiniz). Bişməyə 10 dəqiqə qalmış folqa kağızını çıxarın ki,üzəri də qızarsın.
Bişmiş toyuğu zövqə görə süfrəyə kartof püresiylə də verə bilərsiniz.


NUŞ OLSUN ?.



Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz