Azərbaycancaaz
Mir.az » Resept » Bol Vitaminli Qaymaqlı Balqabaq Şorbası Resepti

Bol Vitaminli Qaymaqlı Balqabaq Şorbası Resepti

38
asan resept,asan yemək resept,sadə resept
630 calories, 6 grams fat
Bol Vitaminli Qaymaqlı Balqabaq Şorbası Resepti

Yemək Haqqında:

Türkiyə mətbəxindən Yemək resepti.
Balqabaq, payız və qış mövsümünün əvəzolunmaz tərəvəzlərindən biridir. Adi şorba reseptlərindən yorulanlar üçün unikal bir reseptdir. Vitaminli , dadlı şorbaya heç kəs yox deyə bilməyəcək. Balqabaq sevməyənlər belə bu şorbadan sonra dadına heyran qalacaq.

NEÇƏ NƏFƏR ÜÇÜN

6 nəfərlik

HAZIRLIQ VAXTI

15 dəqiqə

BİŞİRMƏ MÜDDƏTİ

30 dəqiqə

Tərkibi:

600 qram dilimlənmiş balqabaq
3 diş sarımsaq
1 ədəd soğan
2 xörək qaşığı kərə yağı
1 ədəd kartof
6 stəkan toyuq bulyonu
1 xörək qaşığı təzə doğranmış kəklikotu
1 çay qaşığı duz
1 çay qaşığı istiot
4 xörək qaşığı qaymaq

Süfrəyə vermək üçün:
1 çay qaşığı qaymaq
Təzə kəklikotu

Hazırlanma qaydası:

İlk öncə balqabağın qabığını soyub,tumlarını çıxarıb dilimləyin. Kartofları da kub şəklində doğrayın. Tavada kərə yağında xırda doğranmış soğanları və doğranmış sarımsaqları 2-3 dəqiqə qovurun. Üzərinə doğranmış kartofları və balqabaqları əlavə edib daha 3-4 dəqiqə qovurmağa davam edin.
6 stəkan toyuq bulyonu,kəkliokotu, duz və istiotu da əlavə edib orta ocaqda 25 dəqiqə bişirin. Bişən şorbanı blenderdən yaxşıca keçirin. Şorbaya 4 xörək qaşığı qaymaq əlavə edib qarışdırın və bir burum daha qaynadın. Ocaqdan götürüb,kasaya qoyub üzərinə qaymaq və kəklikotu töküb süfrəyə verə bilərsiniz.


NUŞ OLSUN ?.

Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz