Şokoladlı Şəkər Kirşanlı Peçenye Resepti
Yemək Haqqında:
Türkiyə mətbəxindən Şirniyyat resepti.
Çayın yanına şokolad dadında və görünüşüylə qonaqlarınızı heyran edəcək peçenye hazırlaya bilərsiniz. Mir.az şokoladlı mərmər peçenye reseptini təqdim edir.
Çayın yanına şokolad dadında və görünüşüylə qonaqlarınızı heyran edəcək peçenye hazırlaya bilərsiniz. Mir.az şokoladlı mərmər peçenye reseptini təqdim edir.
NEÇƏ NƏFƏR ÜÇÜN
20 nəfərlikHAZIRLIQ VAXTI
15 dəqiqəBİŞİRMƏ MÜDDƏTİ
12 dəqiqəTərkibi:
150 qram un200 qram şəkər kirşanı
60 qram kakao
2 ədəd yumurta
60 qram kərə yağı
8 qram qabartma tozu
1 çimdik duz
2 çay qaşığı vanil
Şəkər kirşanı ( bulamaq )
Hazırlanma qaydası:
Bir qabda un, duz, şəkər tozu, kakao, şəkər kirşanı, qabartma tozu və vanili ələyib qarışdırın. Yumşaldılmış kərə yağını mikserlə çırpıb üzərinə yumurta əlavə edin və çırpmağa davam edin. Ələnmiş quru qarışıqları az-az xəmirə əlavə edib yoğurun. Xəmiri streç sellofana büküb yarım saatlıq soyuducuya qoyun.
Daha sonra xəmirdən kiçik toplar edib yuvarlayın və şəkər kirşanına bulayın. Yağlı kağız sərilmiş soba sinisinə aralıqlarla qoyub əvvəlcədən 180 dərəcə qızdırılmış sobada 12 dəqiqə bişirin.
NUŞ OLSUN ?.

Şərhlər 0
Şərh Yaz