Azərbaycancaaz
Mir.az » Resept » Dadı Fərqli , Ətri Fərqli : Xurmalı Keks Resepti

Dadı Fərqli , Ətri Fərqli : Xurmalı Keks Resepti

452
asan resept,asan yemək resept,sadə resept
1060 calories, 10 grams fat
Dadı Fərqli , Ətri Fərqli : Xurmalı Keks Resepti

Yemək Haqqında:

Türkiyə mətbəxindən Şirniyyat resepti.
Xurma kali, kalsi, maqni, fosfor və dəmirlə, A, C və P vitaminləri ilə zəngindir. Bu faydalı xurmadan asan, dadlı və ətirli keks hazırlaya bilərsiniz. Mir.az ətirli xurmalı keksin reseptini təqdim edir.

NEÇƏ NƏFƏR ÜÇÜN

10 nəfərlik

HAZIRLIQ VAXTI

15 dəqiqə

BİŞİRMƏ MÜDDƏTİ

60 dəqiqə

Tərkibi:

2 ədəd yumurta
140 qram şəkər tozu
180 qram 35% yağlılığı qaymaq
240 qram un
1 çay qaşığı qabartma tozu
40 qram badam ləpəsi
150 qram xurma

Hazırlanma qaydası:

İlk öncə bir qabda yumurta və şəkər tozunu mikserlə çırpın. Qaymağı da əlavə edib bir neçə dəqiqə daha çırpmağa davam edin. Ələnmiş un və qabartma tozunu da əlavə edib taxta qaşıqla qarışdırın. Badam ləpəsini xırda doğrayıb, 1/3 hissəsini, xurmanı isə kiçik kub formasında doğrayıb xəmirə əlavə edə bilərsiniz.
23 x 13 sm ölçülü qəlibə yağlı kağız sərin və xəmiri töküb yayın. Xurmanın cecəsini və tumlarını çıxarıb dilimləyin. Xurma dilimlərini xəmirin üstünə düzün və qalan badam ləpəsini səpin. Əvvəlcədən 180 dərəcə qızdırılmış sobada 60 dəqiqə bişirin. Bişən keksi soyudub üzərinə şəkər kirşanı səpin.

Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz