Azərbaycancaaz
Mir.az » Resept » Sobada Nar Kimi Qızarmış , Ballı Toyuq Qanadları Resepti

Sobada Nar Kimi Qızarmış , Ballı Toyuq Qanadları Resepti

214
asan resept,asan yemək resept,sadə resept
540 calories, 5 grams fat
Sobada Nar Kimi Qızarmış , Ballı Toyuq Qanadları Resepti

Yemək Haqqında:

Türkiyə mətbəxindən Yemək resepti.
Toyuğu sevməyən yoxdur. Və siz bu fikirlə yəqin ki, razısınız.Toyuğun müxtəlif bişirmə yolları və üsulları var. Amma ən gözəli sobada bişən bə toyuğun ən ləzzətli , dadlı hissəsi olan toyuq qanadlarıdır. Bes siz sobada dadlı, şirəli, ətirli toyuq qanadları bişirməyə hazırsız ? Qonaqlarınız dadına , aromasına heyran qalacaq.

NEÇƏ NƏFƏR ÜÇÜN

5 nəfərlik

HAZIRLIQ VAXTI

140 dəqiqə

BİŞİRMƏ MÜDDƏTİ

40 dəqiqə

Tərkibi:

1 kq toyuq qanadı
2 xörək qaşığı bal
4 xörək qaşığı soya sousu
2 xörək qaşığı zeytun yağı
1 çay qaşığı acı tabasko sousu
1 xörək qaşığı ketçup və ya tomat
1 çay qaşığı duz
1 çay qaşığı istiot

Hazırlanma qaydası:

Toyuq qanadlarını yaxşıca yuyub suyunu süzün. Sousu hazırlamaq üçün bir qaba bal, soya sousu, zeytun yağı, tabasko sousu, ketçup, duz və istiot töküb qarışdırın. Suyu süzülmüş toyuq qanadlarını hazırladığınız sousda 2 saatlıq marinə edin. (Və ya 1 gecəlik soyuducuya yerləşdirin)Marinə etdiyiniz toyuq qanadlarını yağlanmış soba sinisinə düzüb əvvəlcədən 200 dərəcə qızdırılmış sobada 30-40 dəqiqə bişirin.


NUŞ OLSUN 😋.

Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz