Azərbaycancaaz
Mir.az » Resept » Yumşaqmı Yumşaq: Souslu Toyuq Qanadı Resepti

Yumşaqmı Yumşaq: Souslu Toyuq Qanadı Resepti

33
asan resept,asan yemək resept,sadə resept
345 calories, 3 grams fat
Yumşaqmı Yumşaq: Souslu Toyuq Qanadı Resepti

Yemək Haqqında:

Türkiyə mətbəxindən Yemək resepti.
Yumşaq, ədviyyatlı ,sosulu toyuq qanad resepti. Xüsusilə bişərkən yeməyin qoxusu mətbəxdəki insanları özünə çəkəcək. Hazırsınızsa, mətbəxə keçib Mir.az’ın təqdim etdiyi soslu toyuq qanadı reseptini hazırlaya bilərsiniz.

NEÇƏ NƏFƏR ÜÇÜN

3 nəfərlik

HAZIRLIQ VAXTI

15 dəqiqə

BİŞİRMƏ MÜDDƏTİ

45 dəqiqə

Tərkibi:

1 kiloqram toyuq qanadı
1 çay qaşığı sarımsaq tozu
1 çay qaşığı qırmızı bibər tozu
1 çay qaşığı duz
1 çay qaşığı qara istiot
3 diş sarımsaq (rəndələnmiş/əzilmiş)
1 çay qaşığı təzə zəncəfil (zövqə görə)
2 xörək qaşığı bal
2 xörək qaşığı soya sousu
1 xörək qaşığı qarğıdalı nişastası
1 çay qaşığı acı bibər tozu
1 xörək qaşığı küncüt
2 xörək qaşığı zeytun yağı
1/3 stəkan su

Hazırlanma qaydası:

Qanadları yuyub suyunu süzməsi üçün süzgəcə qoyun.
Suyunu süzdükdən sonra üzərinə sarımsaq tozu, duz, istiot və qırmızı bibər tozu əlavə edib qarışdırın.
Əvvəlcədən isidilmiş 200 dərəcə sobada üzəri qızarana qədər bişirin, amma çox qəhvəyi olmasın.20-30 dəqiqədən sonra bişib-bişmədiyini yoxlayın.
Toyuq bişərkən sousu hazırlayın.
Sous inqrediyentlərini kiçik bir qazana əlavə edib qaynayana və bərkiyənə qədər bişirin.Bu vaxt toyuq qanadları da bişəcək.
Sobadan götürdüyünüz toyuq qanadlarını hazırladığınız sousa batırıb yenidən nimçəyə qoyun və qızılı rəng alana qədər bişirin.
Servis boşqabına qoyduqdan sonra üzərinə küncüt səpib süfrəyə verin.

NUŞ OLSUN😋.

Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz