Dadı Çox Fərqli : Bildirçin Dolması Resepti
Yemək Haqqında:
Türkiyə mətbəxindən Yemək resepti.
Bildirçin əti tərkibindəki vitamin və minerallara görə digər quş ətlərindən daha faydalı hesab olunur. Ailənizin, övladlarınızın sağlamlığı üçün bildirçin əti əvəzedilməz qidadır. Bildirçin dolması ölkəmizdə çox nadir yeməklərdən biridir. Bildirçin əti çox geniş olaraq istifadə edilmədiyi üçün tapılması da çətindir. Adətən ov ilə məşğul olan insanlar bildirçin ətinin dadından xəbərdardırlar.
Sizdə vitamini bol olan bildirçin dolmasını hazırlayıb gələn qonaqlarınızın damağında əvəzolunmaz dad buraxa bilərsiz.

NEÇƏ NƏFƏR ÜÇÜN
5 nəfərlikHAZIRLIQ VAXTI
30 dəqiqəBİŞİRMƏ MÜDDƏTİ
30 dəqiqəTərkibi:
5 ədəd orta ölçülü bildirçin5 xörək qaşığı kərə yağı
1 ədəd böyük soğan
1 çay qaşığı duz
1 stəkan düyü
1 xörək qaşığı quş üzümü
1 çay qaşığı darçın
1 çay qaşığı istiot
2 stəkan su
1 xörək qaşığı dolmalıq fıstıq
Hazırlanma qaydası:
İlk öncə təmizlənmiş bildirçinləri yuyun.
Düyünü duzlu suda isladın.
Bir ədəd böyük ölçülü soğanı kub şəklində doğrayın.
Quş üzümlərini də eynilə düyü kimi ilıq suda saxlayın.
Tavaya 2 xörək qaşığı kərə yağını qoyub əritdikdən sonra bildirçinləri bir neçə dəqiqə qızardın.
Qalan 3 xörək qaşığı kərə yağını da tavada əridib soğanları yağda qovurun. Qızarmış soğanlara suda saxladığınız düyünü və quş üzümünü, duzu, istiotu , darçını və dolmalıq fıstıqları əlavə edib qarışdırın və təxminən 5 dəqiqə qovurun. Daha sonra 2 stəkan su əlavə edərək dolma içliyini bişirin. Bişmiş içliyi 20 dəqiqə kənarda saxlayın.
Qızarmış bildirçinləri hazırladığınız içliklə doldurub istiyədavamlı soba üçün şüşə bir qaba yerləşdirin və 2 stəkan da su əlavə edib əvvəlcədən qızdırılmış sobada təxminən 30 dəqiqə bişirin.
Sobadan çıxardığınız bildirçin dolmasını isti şəkildə servis edin.
NUŞ OLSUN😋.

Şərhlər 0
Şərh Yaz