Qozlu Daha Ləzzətli : Türk Mətbəxindən Haydari Məzə Resepti
Yemək Haqqında:
Türkiyə mətbəxindən Məzə resepti.
Türk mətbəxində əsas yeməkdən əvvəl verilən məzələrdən biri də Haydiridir. Mir.az asan hazırlanan , dadlı Haydarinin reseptini təqdim edir.
Türk mətbəxində əsas yeməkdən əvvəl verilən məzələrdən biri də Haydiridir. Mir.az asan hazırlanan , dadlı Haydarinin reseptini təqdim edir.
NEÇƏ NƏFƏR ÜÇÜN
2 nəfərlikHAZIRLIQ VAXTI
10 dəqiqəBİŞİRMƏ MÜDDƏTİ
2 dəqiqəTərkibi:
100 qram ağ pendir200 qram süzmə qatıq
2 diş sarımsaq
4 xörək qaşığı zeytun yağı
1 çay qaşığı nanə qurusu
1/2 çay qaşığı duz
1 xörək qaşığı çəkilmiş qoz (zövqə görə)
Yarım dəstə şüyüd
Hazırlanma qaydası:
İlk öncə pendir və süzməni bir qabda yaxşıca qarışdırıb xırda doğradığınız sarımsağı əlavə edin. Zeytun yağını tavada qızdırıb üzərinə çəkilmiş və ya çox xırda doğranmış qoz əlavə edin. (Qoz əlavə etməyə də bilərsiniz.) Qızdırılmış yağa nanə qurusunu da əlavə edib qarışdırın.
Qoz qarışımını süzmənin üzərinə əlavə edib yaxşıca qarışdırın.
Məzəni 3-4 saatlıq soyuducuya yerləşdirin
. Süfrəyə verdikdə üzərinə şüyüd və ya nanə və zeytun yağı ilə bəzəyə bilərsiniz.
İstəyə görə süfərəyə ət yeməklərinin yanına və ya çörək üzərinə yaxaraq yeyə bilərsiniz.
NUŞ OLSUN😋.

Şərhlər 0
Şərh Yaz