Uşaqların Sevimlisi : Sosiskalı Qəlyanaltı Resepti
Yemək Haqqında:
Türkiyə mətbəxindən Qəlyanaltı resepti.
Budur yenə bir çoxlarının sevimli bayramı yaxınlaşır. Qarşıda alış-veriş, hədiyyələr və əlbəttə Yeni il süfrəsi üçün dadlı yeməklər. Əslində Yeni il süfrəsi üçün hazırlanan yeməklər çox vaxt aparır. Bu resept mümkün qədər sadədir və vaxtınıza qənaət edəcək. Eyni zamanda da ləzzətlidir. Ən əsası həm uşaqlar, həm də böyüklər çox xoşlayacaq.
Sizdə Yeni il süfrəsini bəzəyəcək ləziz qəlyanaltını hazırlaya bilərsiniz.

NEÇƏ NƏFƏR ÜÇÜN
12 nəfərlikHAZIRLIQ VAXTI
10 dəqiqəBİŞİRMƏ MÜDDƏTİ
25 dəqiqəTərkibi:
500 qram qat-qat xəmir14-18 ədəd südlü sosiska
1 xörək qaşığı günəbaxan yağı
1 ədəd yumurta
Hazırlanma qaydası:
İlk öncə dəzgahın üzərinə qat-qat xəmiri yayıb 10-12 sm enində zolaqlar kəsin.
Hər sosiskanı 3 və ya 4 hissəyə bölüb bir hissəsini xəmirə sarın. Kəsdiyiniz bütün xəmirləri sosiskalara sarıyıb yağlanmış soba qabına yerləşdirin və 1 ədəd çırpılmış yumurtanı sosiskalı xəmirlərin üzərinə çəkib əvvəlcədən 180 dərəcə qızdırılmış sobada 25 dəqiqə bişirin. Bişirdiyiniz sosiskalı qəlyanaltını pomidor sousuyla servis edə bilərsiniz.
NUŞ OLSUN😋.

Şərhlər 0
Şərh Yaz