Aromasına Heyran Qalacaqsınız : Ədviyyatlarla Zəngin Göbələk Qızartması Resepti
Yemək Haqqında:
Türkiyə mətbəxindən Qəlyanaltı resepti.
15 dəqiqəyə çox dadlı göbələk qızartması bişirə bilərsiniz. İtalyan otlarının inanılmaz aromasıyla birləşən göbələyi sınamağı tövsiyyə edirik.Əminəm ki , dadına, aromasına heyran qalacağsınız.
15 dəqiqəyə çox dadlı göbələk qızartması bişirə bilərsiniz. İtalyan otlarının inanılmaz aromasıyla birləşən göbələyi sınamağı tövsiyyə edirik.Əminəm ki , dadına, aromasına heyran qalacağsınız.
NEÇƏ NƏFƏR ÜÇÜN
4 nəfərlikHAZIRLIQ VAXTI
5 dəqiqəBİŞİRMƏ MÜDDƏTİ
20 dəqiqəTərkibi:
400 qram göbələk1 xörək qaşığı italyan otları (ədviyyat qarışığı)
3 diş sarımsaq
2 xörək qaşığı soya sousu
1 xörək qaşığı bitki yağı
Mayonez
1 çay qaşığı kəklikotu
Hazırlanma qaydası:
İlk öncə sellofan paketə göbələyi töküb üzərinə xırdalanmış sarımsaq, italyan otları, soya sousu, bitki yağı , kəklikotu və mayonez əlavə edin.Sellofan paketin üst hissəsini açılmasın deyə əlinizlə möhkəm tutub qarışdırın. Marinada bulanmış göbələkləri folqa kağız sərilmiş soba sinisinə boşaldıb əvvəlcədən 180 dərəcə qızdırılmış sobada 15-20 dəqiqə bişirin.
Şərhlər 0
Şərh Yaz