Azərbaycancaaz
Mir.az » Resept » Həm Ləzzətli , Həm Sağlıqlı : Manqalda Toyuq Qanadı Kababı Resepti

Həm Ləzzətli , Həm Sağlıqlı : Manqalda Toyuq Qanadı Kababı Resepti

96
asan resept,asan yemək resept,sadə resept
430 calories, 4 grams fat
Həm Ləzzətli , Həm Sağlıqlı : Manqalda Toyuq Qanadı Kababı Resepti

Yemək Haqqında:

Türkiyə mətbəxindən Kabab resepti.
Manqal dedikdə ilk ağıla gələn ət və toyuq kababıdır. Hər zamankindən fəqrli olaraq bu dəfə toyuq qanadlarından kabab hazırlaya bilərsiniz. İstəsəniz yanına pomidor , bibər kababı və soğan da doğrayıb hazırlaya bilərsiniz.

NEÇƏ NƏFƏR ÜÇÜN

4 nəfərlik

HAZIRLIQ VAXTI

20 dəqiqə

BİŞİRMƏ MÜDDƏTİ

30 dəqiqə

Tərkibi:

1 kq toyuq qanadı

Sousu üçün:
1/2 stəkan maye yağ
1 çay qaşığı istiot
2 çay qaşığı duz
1 xörək qaşığı tomat
3-4 diş rəndələnmiş sarımsaq
2 xörək qaşığı qatıq
1 çay qaşığı pul bibər
1 çay qaşığı kəklikotu

Hazırlanma qaydası:

Aldığınız toyuq qanadlarını yuyub suyunu süzüb üzərinə bıçaqla kəsiklər atın.
Bir qabda maye yağ, istiot, duz, tomat, rəndələnmiş sarımsaq, qatıq və kəklikotunu qarışdırb qanadları sousa yaxşı bulayın. Şişlərə keçirib manqalda iki tərəfli bişirin. Toyuq qanadı kababını süfrəyə közdə bişmiş tərəvəzlərlə verə bilərsiniz.


NUŞ OLSUN😋.

Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz