Azərbaycancaaz
Mir.az » Resept » Bu Tam Başqa : Ballı Peçenye Resepti

Bu Tam Başqa : Ballı Peçenye Resepti

1 931
asan resept,asan yemək resept,sadə resept
610 calories, 6 grams fat
Bu Tam Başqa : Ballı Peçenye Resepti

Yemək Haqqında:

Türkiyə mətbəxindən Şirniyyat resepti.
Xəmirə bal qatılan peçenye bişirkən bütün evə şirin qoxu verir... Peçenye və tort qoxusu gələn evlər hər zaman sevilir.
Bu gözəl , ballı peçenyelər sobada bişirilərkən, sevdiklərinizi dəvət edin,çayınızı dəmləyin, bu reseptdəki kiçik məsləhətlərə əməl edin və bəli, həmin gününüz bir əvvəlki gündən gözəl keçəcəkdir.

NEÇƏ NƏFƏR ÜÇÜN

6 nəfərlik

HAZIRLIQ VAXTI

10 dəqiqə

BİŞİRMƏ MÜDDƏTİ

10 dəqiqə

Tərkibi:

4 stəkan un (azalda və ya artıra bilərsiniz)
1/2 stəkan şəkər tozu
3 xörək qaşığı bal
2 ədəd yumurta
1 çimdik duz
1 paket qabartma tozu
1 stəkan bitki yağ

Hazırlanma qaydası:

Unu böyük bir qaba ələyib bütün inqrediyentləri bir-bir əlavə edin.
Əgər un əlavə etməyinizə baxmayaraq əllərinizə çox yapışırsa, xəmiri qulaq məməsi kimi etmək üçün biraz daha əlavə edə bilərsiniz.
Xəmir yapışqan konsistensiyaya çatdıqda, onu streç filmə bükün və 15-20 dəqiqə soyuducuda saxlayın. Sobanı 165 dərəcəyə qoyun.
Xəmiri kiçik yuvarlaq kündə halına gətirib yağlı kağız sərilmiş soba qabına düzün və barmaqlarınızla yüngülcə basaraq düzəldin. Rəngi ​​çox qızarmasın deyə sobada 10-15 dəqiqə nəzarətli şəkildə bişirin.
Üzərinə pudra şəkər səpərək süfrəyə verə bilərsiniz.

NUŞ OLSUN 😋.

Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz