Azərbaycancaaz
Mir.az » Resept » Yeni İl Süfrənizə Çox Yaraşacaq : Şam Qozası Deserti Resepti

Yeni İl Süfrənizə Çox Yaraşacaq : Şam Qozası Deserti Resepti

23
asan resept,asan yemək resept,sadə resept
4 calories, 4 grams fat
Yeni İl Süfrənizə Çox Yaraşacaq : Şam Qozası Deserti Resepti

Yemək Haqqında:

Türkiyə mətbəxindən Desert resepti.
Yeni il üçün çox sadə və ləzzətli desert! Uşaqlarınızla birgə hazırlayaraq bayram hazırlığını əyləncəli hala gətirə bilərsiniz. Mir.az Yeni il süfrəsi üçün ləzzətli “Şam qozası” desertinin reseptini təqdim edir.

NEÇƏ NƏFƏR ÜÇÜN

4 nəfərlik

HAZIRLIQ VAXTI

15 dəqiqə

BİŞİRMƏ MÜDDƏTİ


Tərkibi:

90 qram qarğıdalı lopası
0,5 stəkan qoz ləpəsi
180 qram bişmiş qatılaşdırılmış süd
1 çay qaşığı pudra şəkər

Hazırlanma qaydası:

Qoz ləpəsini xırdalayın.
Bir qabda qarğıdalı lopasının üzərinə xırdalanmış qoz ləpəsini və bişmiş qatılaşdırılmış südü əlavə edib qarışdırın (Lopalar qırılmasın deyə ehtiyyatla qarışdırın ).
Konus formalı bakal və ya şampan bakalını suyla isladıb suyunu süzün. İçərisinə hazırladığınız qarışığı səliqəli şəkildə doldurun. Eyni qaydayla qarışıqları bakallara doldurun və qaşıqla hamarlaşdırdıqdan sonra 3 saatlıq soyuducuya yerləşdirin.
Daha sonra ehtiyyatla qozaları bakaldan çıxarıb boşqaba düzün. Qozaların üzərinə pudra şəkər səpib süfrəyə verə bilərsiniz.

NUŞ OLSUN😋.

Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz