Azərbaycancaaz
Mir.az » Resept » Evdə də Hazırlanır: Qatılaşdırılmış Süd Resepti

Evdə də Hazırlanır: Qatılaşdırılmış Süd Resepti

1 074
asan resept,asan yemək resept,sadə resept
1 kasa50 calories, 1 kasa grams fat
Evdə də Hazırlanır: Qatılaşdırılmış Süd Resepti

Yemək Haqqında:

Türkiyə mətbəxindən Qatılaşdırılmış süd resepti.
Hazır almağa son! Mir.az qatılaşdırılmış süd reseptini təqdim edir.

NEÇƏ NƏFƏR ÜÇÜN

1 kasa nəfərlik

HAZIRLIQ VAXTI

5 dəqiqə

BİŞİRMƏ MÜDDƏTİ

50 dəqiqə

Tərkibi:

1 litr yağlı süd
1 stəkan şəkər tozu
1 paket vanil
1/2 çay qaşığı çay sodası
1 xörək qaşığı kərə yağı

Hazırlanma qaydası:

Qatılaşdırılmış Süd Reseptinin İpucu
Evdə hazırlayacağınız qatılaşdırılmış süd paketdə satılanlardan daha qatı olacaq.Bu səbəbdən istifadə etməzdən əvvəl bir az südlə çırparaq və ya su ilə açaraq istifadə etməyinizi tövsiyə edirik.
İstəsəniz vanilin yerinə vanil ekstraktı və ya vanil çubuğu da istifadə edə bilərsiniz.



Dərin bir qazana süd və vanil əlavə edib orta istilikdə südü qızdırmağa başlayın.
Bir neçə dəqiqədən sonra südün içinə şəkər tozu əlavə edib qarışdırın.
Südü daim nəzarət altında arabir qarışdıraraq yarıya çatana qədər bişirin.
Bütün inqrediyentləri qarışdırın və südün aşağı istilikdə qatılaşmasına icazə verin.
Qarışdırma və bişirmə prosesi təxminən 40-50 dəqiqə çəkəcək.Bu arada südünüzü yandırmamağa diqqət edin.
Yarıya düşmüş südə soda əlavə edin və daim qarışdıraraq 5 dəqiqə bişirin.
Ocağı söndürüb qatılaşdırılmış südə kərə yağı əlavə edib qarışdırın.
Qatılaşdırılmış südü bankaya və ya qaba töküb soyuduqdan sonra istifadə edə bilərsiniz.

Şərhlər 1

Şərh Yaz
  1. Qonaq Nigar
    Qonaq Nigar
    Qonaq
    Un ve ya nişasta olmadan bişir?

Şərh Yaz