Qiyməli Kartof Ruleti Resepti
Yemək Haqqında:
Türkiyə mətbəxindən Qəlyanaltı resepti.
Kartof ruleti dadlı olmaqla yanaşı ,həm də doyurucudur. Qiyməli içliyin əvəzinə zövqə görə hər hansı bir başqa içlik hazırlaya bilərsiniz.
Sizdə elə indicə mətbəxə keçib həm doyurucu,həm də dadı damaqlarda qalan kartof ruletini hazırlayın.

NEÇƏ NƏFƏR ÜÇÜN
4 nəfərlikHAZIRLIQ VAXTI
20 dəqiqəBİŞİRMƏ MÜDDƏTİ
20 dəqiqəTərkibi:
6 ədəd kartof2 ədəd yumurta
1/3 stəkan bitki yağ
1 çay qaşığı duz
İçlik üçün:
200 qram qiymə
2 ədəd soğan
1 ədəd bibər
2 ədəd pomidor
Zövqə görə göyərti
1 çay qaşığı duz
1 çay qaşığı istiot
Hazırlanma qaydası:
Kartofların qabığını soyub yuyun.
Qabığı soyulmuş kartofları sürtgəcdən keçirib suyunu sıxın.
Suyu sıxılmış kartofları bir qaba töküb üzərinə yumurta, bitki yağı və duz əlavə edib qarışdırın. Hazırladığınız qarışığı yağlı kağız sərilmiş soba sinisinə yayıb əvvəlcədən 180 dərəcədə qızdırılmış sobada bişirin.
İçliyi hazırlamaq üçün azca yağ əlavə olunub qızmış tavada qiymə və soğanı qovurun və üzərinə xırda doğranmış ,qabığı soyulmuş pomidor və yaşıl bibər əlavə edib qovurmağa davam edin. Zövqə görə göyərti,duz və istiot səpib ocaqan götürün. Sobadan çıxartdığınız kartofun üzərinə içliyi yayıb rulet formasında bükün və yenidən 4-5 dəqiqəlik sobaya yerləşdirin.
Sobadan çıxarıb otaq temperaturuna gəldikdən sonra dilimləyib süfrəyə verə bilərsiniz.
NUŞ OLSUN😋.

Şərhlər 0
Şərh Yaz