Azərbaycancaaz
Mir.az » Resept » Onu Sevməyən Yoxdur : Türkiyə Mətbəxindən Məşhur Künəfə Deserti Resepti

Onu Sevməyən Yoxdur : Türkiyə Mətbəxindən Məşhur Künəfə Deserti Resepti

518
asan resept,asan yemək resept,sadə resept
520 calories, 5 grams fat
Onu Sevməyən Yoxdur : Türkiyə Mətbəxindən Məşhur Künəfə Deserti Resepti

Yemək Haqqında:

Türkiyə mətbəxindən Desert resepti.
Türk mətbəxinin ən məşhur ləzzətlərindən biri olan künəfəni yemək üçün kafe, restoranlara getməyə ehtiyac yoxdur. Ev şəraitində ləzzətli künəfə hazırlaya bilərsiniz. Mir.az tavada hazırlanan künəfənin reseptini təqdim edir.

Qeyd:
*Künəfəni hazırlamazdan əvvəl kadayıfı soyuducuda saxlasanız asanlıqla qırılacaq və tel -tel ayrılacaq.
*Şəkər tozu suda həll edildikdən sonra şərbət halını alması üçün az odda uzun müddət qaynadılmalıdır. *Şərbətin olub olmadığını anlamaq üçün qaşıqdakı şərbət damlamamalı, qaşıqdan ip kimi süzülməlidir.
* Təzə və duzsuz künəfə pendirinin suyunu sıxın ki, künəfə sulanmasın.
*Diqqət edin künəfəni ocaqda fırladaraq, az odda yandırmadan bişirin.
*Şərbət otaq temperaturunda soyuyub dincəlməli, ocaqdan götürülmüş künəfə isə ilıq olmalıdır. *Pendirlərin üzərini kadayıflarla örtməyə diqqət edin ki, boşluq qalmasın.Əks halda künəfədə yanıqlar yaranar.
*Künəfə bişirəcəyiniz nimçə mümkünsə mis olsun ki, istilik bərabər paylanılsın.
*İstərsəniz orta boy soba qabında da künəfə hazırlayıb sobada bişirə bilərsiniz.

NEÇƏ NƏFƏR ÜÇÜN

5 nəfərlik

HAZIRLIQ VAXTI

15 dəqiqə

BİŞİRMƏ MÜDDƏTİ

20 dəqiqə

Tərkibi:

500 qram tel kadayıf
200 qram kərə yağı
200 qram dil pendiri

Şərbəti üçün:
1,5 stəkan şəkər tozu
1.5 stəkan su
3-4 damcı limon suyu

Üzəri üçün :
Yaşıl fıstıq

Hazırlanma qaydası:

İlk öncə şərbəti hazırlamaq üçün bir qabda su və şəkər tozunu qaynadıb ocaqdan götürün. 3-4 damcı limon suyu töküb kənara qoyun.
Başqa bir qabda kərə yağını əridib kadayıfları (əgər uzun kadayıfdırsa əllə xırdalayın) ərinmiş kərə yağıyla çox sıxmadan qarışdırın.
Blinçik tavasını yağlayın və kadayıfın bir qismini tavaya töküb əlinizlə basaraq yayın. Pendirləri dilimləyib kadayıfın üzərinə bərabər şəkildə düzün. Qalan kadayıf ilə pendirlərin üstünü örtün. Kadayıflar qızaranadək bişirin (bir üzü qızardıqda çevirib qalan üzünü də bişirin). İsti künəfənin üzərinə ilıq şərbəti tökün. Bir müddət şərbəti özünə çəkməsini gözlədikdən sonra üzərinə yaşıl fıstıq və istəyə görə qaymaq qoyub süfrəyə verə bilərsiniz.


NUŞ OLSUN😋.

Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz