Azərbaycancaaz
Mir.az » Resept » Dadı Damaqlardan Getməyəcək :Bişməyən Napoleon Tortu Resepti

Dadı Damaqlardan Getməyəcək :Bişməyən Napoleon Tortu Resepti

1 962
asan resept,asan yemək resept,sadə resept
10 calories, 10 grams fat
Dadı Damaqlardan Getməyəcək :Bişməyən Napoleon Tortu Resepti

Yemək Haqqında:

Azərbaycan mətbəxindən Şirniyyat resepti.
Napoleon tortu ən çox sevilən desertlərdən biri hesab olunur. Uşaqlıqdan çoxlarının sevdiyi, zərif, laylı, xırtıldayan, həm bayram süfrəsini, həm də gündəlik çay süfrəsini bəzəməyə qadir olan tortdur. Nazik korjlardan və bişmiş kremdən ibarət olan olan Napoleon tortunu bu dəfə fərqli tərkiblə, cəmi 30 dəqiqəyə hazırlaya bilərsiniz. Üstəlik, hər evdar qadın belə bir tort hazırlamaqla bütün gününü sobanın yanında keçirmək istəmir. Mir.az 30 dəqiqəyə bişməyən Napoleon tortunun reseptini təqdim edir.

NEÇƏ NƏFƏR ÜÇÜN

10 nəfərlik

HAZIRLIQ VAXTI

30 dəqiqə

BİŞİRMƏ MÜDDƏTİ


Tərkibi:

420 qram qat-qat “Uşki” peçenyesi

Kremi üçün:
3 ədəd yumurta
3 xörək qaşığı şəkər tozu
3 xörək qaşığı nişasta
700 ml süd
90 qram kərə yağı
1 paket vanil

Hazırlanma qaydası:

Kremi hazırlamaq üçün bir qabda yumurta, şəkər tozu və nişastanı tel çırpıcıyla yaxşıca qarışdırın. Südü qaynayana qədər qızdırın.
İsti süddən yumurta kütləsinə az-az əlavə edib dayanmadan qarışdırın. Daha sonra südlə birləşən yumurta kütləsini yenidən qazana töküb ocağa qoyun. Dayanmadan qarışdıraraq qatılaşanadək bişirin. Ocaqdan götürdüyünüz isti halda olan kremə kərə yağı və vanil əlavə edib qarışdırın və üzərinə streç sellofan örtüb soyuması üçün kənara qoyun.
Kələpçəli qəlibə qat-qat peçenyeni düzün və üzərinə krem yaxın. Bu qaydayla peçenyelər bitənə qədər qat-qat düzüb kremləyin.Üzərinə peçenye qırıntılarını səpin və otaq temperaturunda 1 saat saxlayın. Daha sonra bir neçə saatlıq soyuducuya yerləşdirin.
Soyuducudan çıxardıqdan sonra dilimləyib servis edə bilərsiniz.

NUŞ OLSUN😋.

Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz