Portağal və Limon Şirəsində Bişən Ləzzət : Balıq Steak Resepti
Yemək Haqqında:
Türkiyə mətbəxindən Yemək resepti.
Azərbaycan mətbəxində də önəmli yer tutan balıqdan çeşidli yeməklər hazırlanır. Mir.az portağal və limon şirəsində bişən balıq steykinin reseptini təqdim edir.

NEÇƏ NƏFƏR ÜÇÜN
2 nəfərlikHAZIRLIQ VAXTI
5 dəqiqəBİŞİRMƏ MÜDDƏTİ
10 dəqiqəTərkibi:
1 böyük dilim qılınc balığı ( və ya sümüyü az istənilən balıq növü)1 ədəd portağal
1 ədəd limon
1 diş sarımsaq
1 çay qaşığı duz
1 çay qaşığı istiot
Qızartmaq üçün :
Kərə yağı
Hazırlanma qaydası:
İlk öncə balığı duz və istiotlayın.
Portağal və limonu yaxşıca yuyub ,qabığını soyub sürtgəcdan keçirin və hər birinin suyunu ayrı-ayrı stəkanlara sıxın.
Tavada kərə yağını əridib balığı qızardın və üzərində bıçaqla kəsiklər atın.
Sarımsağı xırda doğrayın.
Sürtgəcdən keçilmiş limon və portağal qabığını,sarımsağı tavaya əlavə edin. Ardı ilə sıxdığınız limon və portağal suyunu da tavaya əlavə edib balığı bişirin. Arabir qaşıqla tavadaki sousdan götürüb balığın üzərinə gəzdirin. Balıq bişib suyu azaldıqda boşqaba qoyub, şirəli sousunu da üzərinə gəzdirib isti halda süfrəyə verin.
NUŞ OLSUN😋.

Şərhlər 0
Şərh Yaz